06:05 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
884930

Qərb mediası rejim rəhbərinin öz cangüdəni tərəfindən vurulduğu versiyası üzərində dayanır

BAKI, 31 yan — Sputnik. Suriya prezidenti Bəşər Əsədin iflic olduğu və xəstəxanaya yerləşdirildiyi xəbəri yayılıb. Rəsmi Dəməşq yayılan informasiyanı təkzib etsə də, paytaxtdakı Şami xəstəxanasının qəbul şöbəsi ilə ərəb jurnalist Visamel Hurra arasında baş tutan telefon danışığı, Əsədin xəstəxanada olduğu iddialarını gücləndirib.

Jurnalist telefon danışığının səs yazısını da sosial şəbəkədə paylaşıb. Sputnik Azərbaycan Timeturk-ə istinadən həmin dialoqun mətnini təqdim edir:

Jurnalist: Salam

Xəstəxana işçisi: Buyurun

Jurnalist: Mən Prezident Adminstrasiyasından zəng vururam. Prezidentin səhhəti barədə danışmaq qadağandır. Xəstəxanadan heç bir məlumat verilməyəcək.

Xəstəxana işçisi: Bura gətirilən xəstənin kim olduğunu bütün həkimlər bilirlər.

Jurnalist: Xəstəxanadan Prezident haqqında heç kimə məlumat verməyəcəksiniz. Bu məsələ sirrdir.

Xəstəxana işçisi: Oldu

Jurnalist: Kim Prezident haqqında telefonla da olsa, məlumat almaq istəsə, verməyəcəksiniz.

Xəstəxana işçisi: Yaxşı, oldu.

Jurnalist: Səlahiyyətli həkimlə, müdirlə danışmaq istəyirəm.

Xəstəxana işçisi: Məsələni başa düşdüm. Məsuliyyəti mən daşıyıram, onunla danışacam.

Jurnalist: Yenə deyirəm, Prezident barədə heç kimə məlumat vermirsiniz. Başa düşdün?

Xəstəxana işçisi: Hər şey aydındır.

Jurnalist: Sənin adın nədir?

Xəstəxana işçisi: Həsən. Məlumat mərkəzindən.

Jurnalist: Mənim adım isə Mələk Əli Həsəndir. Prezident Sarayından sizinlə danışıram. Sizinlə danışığım qeydə alınıb. Rica edirəm, Prezidentin xəstəxanada olduğu xəbərini heç kimə deməyin.

Xəstəxana işçisi: Başa düşdüm.

Jurnalist: Təşəkkürlər.

Səs yazısından aydın görünür ki, Bəşər Əsəd doğrudan da Şami xəstəxanasındadır. Lakin bu fakt hələlik gizli saxlanılır.

Qeyd edək ki, Suriya dövlət televiziyası SANA başda olmaqla, bu ölkənin mətbu orqanlarında, Əsədlə bağlı son 5 gündə heç bir yeni görüntü və foto yayımlanmır. Qərb mediası rejim rəhbərinin öz cangüdəni tərəfindən vurulması versiyası üzərində daha çox dayanır.

Əlaqədar

Bəşər Əsədin terrorçularla danışıqlardakı təmsilçisi öldürüldü
Bəşər Əsəd vəzifəsini təhvil verir
Rusiyadan Bəşər Əsədlə bağlı şok açıqlama
Bəşər Əsəd Ərdoğanı görün nəyə bənzətdi?
Ərdoğan Bəşər Əsədin hakimiyyətinə son qoymaq istədiklərini deyib
ABŞ Bəşər Əsədə dəstək verən ölkələrə sanksiyalar tətbiq edəcək
Bəşər Əsəd: "Ərdoğan manyakdır"
Bəşər Əsəd 2021-ci ilə qədər prezidentlik edəcəyini açıqlayıb
Bəşər Əsədin ümid yolu: Türkiyə bu addımı atarsa...
Bəşər Əsəd: "Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir"
Teqlər:
Xəstəxana işçisi, Şami, sirr, iflic, Bəşər Əsəd, Suriya, xəstəxana, jurnalist

Əsas mövzular