09:17 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
16 0 0

İraq baş nazirinin bildirdiyinə görə, Mosulun şərq hissəsi İŞİD-dən təmizlənib

BAKI, 24 yan — Sputnik. İraqın baş naziri Heydər əl-İbadi Mosul şəhərinin şərq hissəsinin tamamilə İŞİD terror təşkilatından azad edildiyini bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, İbadi bu barədə Bağdadda keçirdiyi mətbuat konfransında bəyan edib.

"Dəclə çayının ikiyə böldüyü Mosulun şərq hissəsi tamamilə İŞİD-dən azad edildi. Təhlükəsizlik qüvvələrini Mosulun qərb hissəsini də azad etmələri üçün tez bir zamanda hərəkətə keçməyə çağırıram" — əl-İbadi deyib.

Baş nazir azad edilmiş ərazidə İŞİD tərəfindən bağlanmış 70 məktəbin yenidən açıldığını da bildirib.

Əsas mövzular