BAKI, 24 yan — Sputnik. İraqın baş naziri Heydər əl-İbadi Mosul şəhərinin şərq hissəsinin tamamilə İŞİD terror təşkilatından azad edildiyini bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, İbadi bu barədə Bağdadda keçirdiyi mətbuat konfransında bəyan edib.
"Dəclə çayının ikiyə böldüyü Mosulun şərq hissəsi tamamilə İŞİD-dən azad edildi. Təhlükəsizlik qüvvələrini Mosulun qərb hissəsini də azad etmələri üçün tez bir zamanda hərəkətə keçməyə çağırıram" — əl-İbadi deyib.
Baş nazir azad edilmiş ərazidə İŞİD tərəfindən bağlanmış 70 məktəbin yenidən açıldığını da bildirib.