13:18 30 May 2017
Canlı yayım
Barak Obama ailəsi ilə

Obama göz yaşları içərisində amerikalılara səsləndi

© REUTERS/ Jonathan Ernst
DÜNYA
Qısa URL
313 0 0

ABŞ Prezidenti vida çıxış edib: "İndi Amerika işə başladığımız günlə müqayisədə daha yaxşı və güclü bir yerdədir"

BAKI, 11 yan — Sputnik. Vəzifəsini yanvarın 20-də yeni seçilmiş dövlət başçısı Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ prezidenti Barak Obama son çıxışını edib. O, doğulduğu Çikaqo ştatından bütün amerikalılara səslənib.

Sputnik xəbər verir ki, Obamanın olduqca duyğusal atmosferdə keçən çıxışı, tez-tez salonda olanlar tərəfindən alqışlarla kəsilib. Səkkiz illik prezidentlik dövründə etdiklərindən danışan prezident Obama, bu dövrdə nələrin dəyişdiyini izah edib.

"Səkkiz il əvvəl Amerikanın böyük bir durğunluğu tərsinə çevirə biləcəyini, Kuba xalqı ilə yeni bir səhifə açacağımızı, tək bir güllə atmadan İranın nüvə silahı proqramını dayandıracağımızı, 11 sentyabrın xatirəsini beyinlərimizdən siləcəyimizi söyləsəydim, yəqin ki, çox az adam buna inanardı. Bəli, biz bütün bunları bacardıq. İndi Amerika işə başladığımız günlə müqayisədə daha yaxşı və güclü bir yerdədir" — Obama bildirib.

Müsəlman amerikalılara və digər azlıqlara qarşı ayrı-seçkiliyi heç cür qəbul etmədiyini söyləyən Obama, gəncləri ümidsiz olmamağa çağırıb: "Sizdən dəyişikliyi mənim gətirə biləcəyimə yox, özünüzün gətirəcəyinizə inanmağınızı istəyirəm. Bəli, bacara bilərik və bacardıq da. Təşəkkürlər. Tanrı sizi qorusun".

Çıxışının sonunda göz yaşlarına hakim ola bilməyən Barak Obama, həyat yoldaşı Mişelə, qızlarına və köməkçisi Co Baydenə ayrı-ayrı təşəkkür edib. "McCormick" Konqres Mərkəzindəki vida görüşü, dünyanın bir çox məşhur telekanalları vasitəsilə canlı yayımlanıb.

Əlaqədar

Ekspert: Obama 8 il ərzində Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi
Obama Ərdoğanla telefonda nə danışdı?
“Obama özünü əlindən oyuncağı alınmış uşaq kimi aparır”
Donald Tramp Barak Obama barədə yanıldığını açıqlayıb
Trampdan Obamaya sarsıdıcı zərbə
Netanyahu Obamanı günahlandırdı
Obama son sözünü deyəcək
Teqlər:
Donald Tramp, çıxış, Amerika, Barak Obama, ABŞ

Əsas mövzular