01:20 26 Fevral 2018
Canlı yayım
Hindistanın Hiruttani şəhərində 28 yaşındakı Rupa saçlarını dibindən kəsdirir

"Tanrılar"ın payını insanlara satırlar

© Foto: ALLISON JOYCE
DÜNYA
Qısa URL
18510

Hindu inancında, bir diləyin reallaşmasından sonra saçların kəsdirilməsi məşhur ənənədir

BAKI, 16 noy — Sputnik. Hindistanın Hiruttani şəhərində 28 yaşındakı Rupa saçlarını dibindən kəsdirir. Kəsilən saçlar "Thiruthani Murugan" məbədində tanrılara əhd olaraq təqdim ediləcək.

Sputnik BBC-yə istinadla xəbər verir ki, fotoqraf Allison Coys Hiruttanidəki saç kəsdirmə prosesini lentə alıb. Rupa qızının təkrar sağlamlığına qovuşması üçün dilək tutub. Əgər bu diləyi həyata keçərsə, bunun qarşılığında saçlarını dibindən kəsdirəcək.

Hindu inancında, bir diləyin reallaşmasından sonra saçların kəsdirilməsi məşhur ənənədir. Rupanın qızının saçları da anası kimi ülgüclə kəsildi.

Belə ayinlərə çoxlu sayda insan qatılır, məbəddə dualar edilir. Məbədlərdə yığılan saçlar isə sonra açıq hərraclarda satılır və Qərb ölkələrinə satılan pariklərin istehsalında istifadə edilir.

Əlaqədar

Qarabağın işğalından bu yana saçını kəsdirmir
Saçınızın tökülməsini belə əngəlləyin
Saçlarınızın ağarmasını istəmirsizsə, bu çərəzi yeyin
Qadın saçları və saçlara qulluq
Teqlər:
Hiruttani, məbəd, ayin, saç, Hindistan

Əsas mövzular