"Tanrılar"ın payını insanlara satırlar

© Photo : ALLISON JOYCEHindistanın Hiruttani şəhərində 28 yaşındakı Rupa saçlarını dibindən kəsdirir
Hindistanın Hiruttani şəhərində 28 yaşındakı Rupa saçlarını dibindən kəsdirir - Sputnik Azərbaycan
Abunə olmaq
Hindu inancında, bir diləyin reallaşmasından sonra saçların kəsdirilməsi məşhur ənənədir

BAKI, 16 noy — Sputnik. Hindistanın Hiruttani şəhərində 28 yaşındakı Rupa saçlarını dibindən kəsdirir. Kəsilən saçlar "Thiruthani Murugan" məbədində tanrılara əhd olaraq təqdim ediləcək.

Sputnik BBC-yə istinadla xəbər verir ki, fotoqraf Allison Coys Hiruttanidəki saç kəsdirmə prosesini lentə alıb. Rupa qızının təkrar sağlamlığına qovuşması üçün dilək tutub. Əgər bu diləyi həyata keçərsə, bunun qarşılığında saçlarını dibindən kəsdirəcək.

Фото опубликовано Allison Joyce (@allisonsarahjoyce) Ноя 10 2016 в 2:17 PST

Hindu inancında, bir diləyin reallaşmasından sonra saçların kəsdirilməsi məşhur ənənədir. Rupanın qızının saçları da anası kimi ülgüclə kəsildi.

Belə ayinlərə çoxlu sayda insan qatılır, məbəddə dualar edilir. Məbədlərdə yığılan saçlar isə sonra açıq hərraclarda satılır və Qərb ölkələrinə satılan pariklərin istehsalında istifadə edilir.

Xəbər lenti
0