09:55 23 Yanvar 2018
Canlı yayım
Çəkisini yoxlayan adam. Arxiv şəkli

Möcüzəvi arıqlama resepti

CC0 / TeroVesalainen / wheigh
DÜNYA
Qısa URL
454031

Yağlı, şirin, undan hazırlanmış qidaları belə yeyirsən, amma arıqlayırsan

BAKI, 17 okt — Sputnik. Amerikanın Penninqton (Luiziana) universitetinin alimləri bəyan ediblər ki, onlar insan üçün son dərəcə faydalı olan dieta formasını tapıblar. Özü də bu dieta təkcə artıq çəkidən azad olmağa deyil, həm də yuxunu normallaşdırmağa, cinsi həyatın keyfiyyətini yaxşılaşdırmağa imkan verir.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, bu dietanın başlıca prinsipinə əsasən, insan mütləq sutkalıq qida tələbatını 25% azaltmalıdır. Bununla belə, istifadə olunan qidaların növünə heç bir məhdudiyyət yoxdur.

O da var ki, bu dieta şirin, yağlı və undan hazırlanmış qidalara məhdudiyyət qoymağı nəzərdə tutmur. Bunlar məhz o qidalardır ki, artıq çəkidən əziyyət çəkənlərin böyük əksəriyyəti onları yeməyi xoşlayır.

Alimlər bildiriblər ki, onlar 2 il ərzində bu dietanı saxlamağa razılıq verən könüllüləri müşahidə ediblər. Bu müddət ərzində onların çəkisi orta hesabla 10% azalıb.

Eksperimentin iştirakçıları qeyd ediblər ki, onların yuxusu yaxşılaşıb və stressin səviyyəsi aşağı düşüb. Dietanın daha bir müsbət tərəfi isə o olub ki, bu müddət ərzində könüllülərin seksual həyatının keyfiyyəti yaxşılaşıb.

Əlaqədar

Xəstəlik tapmadan və əziyyət çəkmədən arıqlamaq istəyənlər üçün ideal resept
Zobun, arıqlamağın, cavanlaşmanın, bir sözlə, min bir dərdin dərmanı
Dünyada köklərin sayı arıqları üstələdi
Yeyirsən, xeyrini görürsən və arıqlayırsan
Teqlər:
resept, arıqlamaq, alim, Luiziana, Penninqton, Amerika

Əsas mövzular