Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər gecə yataqda ikən arıqladan dərmanı kəşf ediblər

© pixabay / TeroVesalainenÇəkisini yoxlayan adam. Arxiv şəkli
Çəkisini yoxlayan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ayova Universitetindən olan mikrobioloqlar adamların gecələr artıq çəkidən azad olmasına kömək edən preparatı müəyyənləşdiriblər.

BAKI, 28 sen-Sputnik. Alimlər yuxuda arıqlamağın sirrini açıblar.

Sputnik xarici KİV-ə istinadla xəbər verir ki, Ayova Universitetindən olan mikrobioloqlar bir sıra araşdırmalar aparıblar və o qərara gəliblər ki, adamlar gecələr artıq çəkidən asanlıqla azad ola bilərlər.

Alimlərin sözlərinə görə, əgər insanın bağırsaqları sağlamdırsa, onlar gecə yatarkən asanlıqla arıqlayacaqlar.

Bu kəşf əhalinin piylənməsi ilə mübarizə çərçivəsində aparılan yeni texnologiyaların araşdırılması nəticəsində ortaya çıxıb.

Araşdırmalar zamanı mütəxəssislər risperidon-antipsixotik dərmanlar qəbul edən insanlar üzərində müşahidə aparıblar. Bu preparatlar adətən autizm, biopolyar pozğunluqlar və şizofreniya kimi psixi problemlərdən əziyyət çəkən uşaq və böyüklərə təyin edilir.

Son zamanlar bu preparatlara tələbat 8 dəfə artıb. Mütəxəssislər müəyyənləşdiriblər ki, bu preparat pasientlərin sürətli çəki atmasına səbəb olur.

Bu dərmanların bağırsaqların bakterial vəziyyətini də kökündən dəyişdiyi müəyyən edilib.

Bu tapıntılar alimlərə sözügedən preparatın bağırsağın mikrobiomasını tənzimləmək, metabolizm və maddələr mübadiləsini sürətləndirmək, eləcə də piylənmənin müalicə üçün faydalı olacağını düşünməyə imkan verir.

Xəbər lenti
0