22:50 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Antoniu Quterriş suriyalı qaçqın düşərgəsində, 29 noyabr 2013-cü il

Millətləri birləşdirən adam: həm dindar, həm sosialist

© AP Photo / Hussein Malla
DÜNYA
Qısa URL
198 0 0

2017-ci ilin yanvarın 1-də BMT-nin baş katibi rəsmi olaraq portuqal dilində danışacaq

BAKI, 12 okt — Sputnik. On il əvvəl Antoniu Quttereş bəyan edirdi ki, "demokratiya zorla, müharibə ilə və birtərəfli qaydada tətbiq olunmur". Əgər bu müddət ərzində baş verənlərdən sonra o, yenə də öz fikrini dəyişməyibsə, BMT-nin baş katibi vəzifəsi onun üçün asan olmayacaq.

Birləşmiş Millətlər Təşkilatındakı (BMT) uzun illik fəaliyyətinə görə, Antoniunu çoxdan mütləq lider adlandırırlar. O, 10 il BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarı vəzifəsində çalışıb. Bütün namizədlər arasında yalnız o, planetin müxtəlif nöqtələrində heç kəsin görmədiyi məqamları görüb.

Təhlükəsizlik Şurasında səsvermə zamanı Antoniu, sonuncusu yekdilliklə olmaqla, yeddi turun hamısında qalib gəlib. Bu o deməkdir ki, Quttereş artıq millətləri birləşdirib. Cəmi 15 millət olsa belə, Təhlükəsizlik Şurasında belə həmrəylik "Qırmızı kitab"a salına bilər.

Əvvəl ABŞ-ın başqa favoriti vardı, Rusiya variantları nəzərdən keçirirdi, Almaniya və Fransa isə müxtəlif mövqelər tutmuşdu. Bəlkə də Antoniu məhz ən son məqamda bütün tərəfləri ortaq məxrəcə gətirə bildiyi üçün istedadlı diplomat kimi tanındı.

İndi onu Baş Assambleya təsdiq etməlidir, lakin bu proses qələbədən sonrakı medal təqdimatı kimidir. Mərasim məcburi olsa belə, formal xarakter daşıyır.

Beləliklə, 2017-ci ilin yanvarın 1-də BMT-nin baş katibi rəsmi olaraq Portuqaliya dilində danışacaq. Lazım gələrsə, o, ispan, fransız və ingilis dillərində də danışa bilər. Deyilənə görə, Antoniu hər kəslə lazımi dil tapa bilir və 67 yaşında olsa da, təşkilata yeni nəfəs verə bilər.

Antoniu Manuel di Oliveyra Quterreş dindar katolik və sadiq sosialistdir. Portuqaliya siyasətçisi 1992-2002-ci illərdə Portuqaliya Sosialist Partiyasının Baş katibi olub, 1995-2002-ci illərdə Portuqaliyanın Baş naziri, 2005-2015-ci illərdə isə BMT-in qaçqınlar üzrə Ali Komissarı vəzifələrində çalışıb. Onun tərcümeyi-halı təmiz, nüfuzu isə qüsursuz hesab olunur.

"İddia edə bilmərəm ki, təzyiqdən yaxa qurtara biləcəm, lakin ona qarşı çıxacam", — deyə Quttereş öz müstəqilliyini qorumağa söz verib.

10 il əvvəl isə o, bəyan edirdi ki, "demokratiya güc, müharibə, beynəlxalq hüquq nəzərə alınmadan — birtərəfli qaydada tətbiq oluna bilməz". Əgər bütün olanlardan sonra o, yenə də belə düşünürsə, demək, hansı təzyiqlərlə üzləşəcəyini təsəvvür etməlidir.

Əlaqədar

BMT bu gün təcili toplanır
BMT TŞ-da sədrlik Rusiyaya keçib
BMT sammitində İsrail-Fələstin "atışması"
BMT-dən dəhşətli statistika: insanlar heç bir iz qoymadan hara yoxa çıxırlar
BMT-dən dərmanlarla bağlı qorxunc açıqlama
BMT-nin 71-ci sessiyası işə başlayıb
Malidə 4 BMT sülhməramlısı öldürülüb
Teqlər:
baş katib, millət, Birləşmiş Millətlər Təşkilatı, BMT, Antoniu Quttereş

Əsas mövzular