BAKI, 6 okt — Sputnik. Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun Cənubi Koreyada gələn il keçiriləcək prezident seçkilәrindә namizədliyini irәli sürәcәk. Sputnik xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın sabiq baş naziri Kim Jong Pil yerli mediaya müsahibəsi zamanı deyib.
Keçmiş baş nazir Ban Ki Munun namizәdliyini irәli sürәcәyini qeyd edәrәk, "Ümid edirəm, sonradan fikrini dəyişməyəcək", deyib
BMT-dəki səlahiyyət müddəti bu il sona çatacaq olan Ban Ki Mun isə gələcəklə bağlı planları barədə hələlik rəsmi açıqlama verməyib.