06:42 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Türkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli

Türkiyə Baş nazirindən mühüm açıqlama

© REUTERS / Umit Bektas
DÜNYA
Qısa URL
51 0 0

Binəli Yıldırım: "İkinci bir çevriliş cəhdi ehtimalına qarşı lazım olan tədbirlər görülüb. FETÖ ilə əlaqələri olan şəxslərin hamısı hələ tamamilə ortaya çıxmayıb və onlar hələ də təhlükə təşkil edirlər"

BAKI, 18 avq — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım Fətullah Gülən şəbəkəsinin çevriliş cəhdi ilə əlaqəli, aralarında polis, əsgər və məhkəmə mənsubları, icra hakimiyyətinin nümayəndələri və sıravi vətəndaşların olduğu 40029 nəfərin saxlanıldığını söyləyib.

Sputnik Trt-yə istinadən xəbər verir ki, hökumət başçısı dövlət televiziyasındakı özəl proqramda suallara cavab verərkən, 20 min 355 nəfərin artıq həbs edildiyini bildirib: "Dövlət qurumlarında 79 min 900 nəfər vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb, 5 min 14 nəfər isə işindən azad edilib".

İkinci bir çevriliş cəhdi ehtimalına qarşı lazım olan tədbirlərin alındığını vurğulayan Baş nazir deyib ki, bu terror təşkilatı ilə əlaqələri olanlar hələ tamamilə ortaya çıxmayıb və onlar hələ də təhlükə təşkil edirlər.

Əlaqədar

FETÖ-dən Azərbaycana hansı təhlükə gözlənilir?
Dövlət Departamenti: Biz Türkiyə və ya FETÖ arasında seçim etməyəcəyik
Ərdoğan: FETÖ Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb
Fətullah Gülənə 1900 illik həbs cəzası istənilir
Allahşükür Paşazadə də Fətullah Gülənlə mübarizəyə qoşuldu
Teqlər:
şəbəkə, FETÖ, Fətullah Gülən, Binəli Yıldırım, Türkiyə

Əsas mövzular