10:03 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Almaniyanın qondarma "erməni soyqırımını" tanıması (10)
120 0 0

Türkiyə Prezidenti: "İlk addımımız səfiri müzakirə üçün Türkiyəyə çağırmaqdır. Almaniya parlamentinin verdiyi bu qərar əslində Almaniya-Türkiyə əlaqələrinə ciddi təsir edəcək"

BAKI, 2 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentində qəbul edilən qondarma "erməni soyqırımı" layihəsi ilə bağlı açıqlama verib. Sputnik milliyet-ə istinadən xəbər verir ki, Ərdoğan bu qərarın Türkiyə-Almaniya münasibətlərinə ciddi mənfi təsir göstərəcəyini deyib.

"Bu mövzuda baş nazir Binəli Yıldırımla danışdıq. İlk addımımız səfiri müzakirə üçün Türkiyəyə çağırmaqdır. Almaniya parlamentinin verdiyi bu qərar əslində Almaniya-Türkiyə əlaqələrinə ciddi təsir edəcək", — Türkiyə Prezidenti bildirib.

O, bu istiqamətdə lazım olan bütün addımların atılacağını qeyd edib: "Hansı addımlar atmaq lazımdırsa, atacağıq. Almaniya Parlamentinin qərarı qiymətləndiriləcək və yekun qərarımızı verəcəyik".

Mövzu:
Almaniyanın qondarma "erməni soyqırımını" tanıması (10)

Əlaqədar

Diqqətlər Almaniyada: Türk dünyası əleyhinə radikal qərar verilə bilər
Bundestaqda kritik iclas başladı
Almaniya bundestaqı qondarma "erməni soyqırımı"nı tanıdı
Türkiyə Almaniyadakı səfirini geri çağırdı
Teqlər:
Binəli Yıldırım, qondarma "erməni soyqırımı", Almaniya parlamenti, Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti

Əsas mövzular