BAKI, 2 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentində qəbul edilən qondarma "erməni soyqırımı" layihəsi ilə bağlı açıqlama verib. Sputnik milliyet-ə istinadən xəbər verir ki, Ərdoğan bu qərarın Türkiyə-Almaniya münasibətlərinə ciddi mənfi təsir göstərəcəyini deyib.
"Bu mövzuda baş nazir Binəli Yıldırımla danışdıq. İlk addımımız səfiri müzakirə üçün Türkiyəyə çağırmaqdır. Almaniya parlamentinin verdiyi bu qərar əslində Almaniya-Türkiyə əlaqələrinə ciddi təsir edəcək", — Türkiyə Prezidenti bildirib.
O, bu istiqamətdə lazım olan bütün addımların atılacağını qeyd edib: "Hansı addımlar atmaq lazımdırsa, atacağıq. Almaniya Parlamentinin qərarı qiymətləndiriləcək və yekun qərarımızı verəcəyik".