01:33 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4402

Afro-amerikalı olan Suzanna Muşatt Cons 1899-cu ildə Alabama ştatında anadan olub. İndi uzunömürlülük üzrə rekordçu İtaliyadan 116 yaşlı Emma Morano hesab olunur.

BAKI, 13 may — Sputnik. Ginnesin Rekordlar Kitabına düşən uzunömürlü amerikalı qadın Suzanna Muşatt Cons Nyu-Yorkda 117 yaşında vəfat edib. Sputnik CBS-ə istinadən xəbər verir ki, Consun qohumları deyiblər ki, onun 10 qardaş və bacısı olub.

"Consun uzunömürlülüyün sirləri onun ailəsinə olan məhəbbəti və yaxınlarına qarşı qayğıkeşliyi ilə bağlıdır", — deyə qohumları bildiriblər.

Afro-amerikalı olan S.Cons 1899-cu ildə Alabama ştatında anadan olub. Planetin ən uzunömürlü sakini kimi onun adı Ginnesin Rekordlar Kitabına rəsmi olaraq 2015-ci ildə, Tokioda 117-yaşlı Misao Okava öldükdən sonra salınıb.

İndi uzunömürlülük üzrə rekordçu İtaliyadan 116 yaşlı Emma Morano hesab olunur. E.Morano Condan cəmi bir neçə ay balacadır.

Əlaqədar

Dünyanın ən uzunömürlü adamını Amerikada necə aldatdılar?
Azərbaycanda uzunömürlülüyün sirləri araşdırılır
82 yaşlı kişinin dramı: "Yoldaşım dedi, kişi deyilsən, pul tap..."
Gəncədə yaşlı qadını qətlə yetirən şəxs tutulub
Dünyanın ən yaşlı insanlarından biri Azəbaycanda səs verəcək
Teqlər:
117 yaş, ən yaşlı qadın, ən uzunömürlü qadı, Suzanna Muşatt Cons, Ginnesin Rekordlar Kitabı

Əsas mövzular