BAKI, 13 may — Sputnik. Ginnesin Rekordlar Kitabına düşən uzunömürlü amerikalı qadın Suzanna Muşatt Cons Nyu-Yorkda 117 yaşında vəfat edib. Sputnik CBS-ə istinadən xəbər verir ki, Consun qohumları deyiblər ki, onun 10 qardaş və bacısı olub.
"Consun uzunömürlülüyün sirləri onun ailəsinə olan məhəbbəti və yaxınlarına qarşı qayğıkeşliyi ilə bağlıdır", — deyə qohumları bildiriblər.
Afro-amerikalı olan S.Cons 1899-cu ildə Alabama ştatında anadan olub. Planetin ən uzunömürlü sakini kimi onun adı Ginnesin Rekordlar Kitabına rəsmi olaraq 2015-ci ildə, Tokioda 117-yaşlı Misao Okava öldükdən sonra salınıb.
İndi uzunömürlülük üzrə rekordçu İtaliyadan 116 yaşlı Emma Morano hesab olunur. E.Morano Condan cəmi bir neçə ay balacadır.