01:51 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Rostov-Don beynəlxalq aeroportu

Rusiyadakı təyyarə qəzası ilə bağlı ilginc iddia

© Sputnik / Сергей Пивоваров
DÜNYA
Qısa URL
11621

Rostov-Don səmasında 62 nəfərin öldüyü Flydubai aviaşirkətinə məxsus Boeing 737-nin pilotlar arasında yaranan münaqişə nəticəsində qəzaya uğradığı bildirilir

BAKI, 28 mart-Sputnik. Rostov-Don səmasında qəzaya uğramış, Flydubai aviaşirkətinə məxsus Boeing 737 ilə bağlı qəribə iddia meydana çıxıb. Sputnik-in xəbərinə görə, aviaqəzaya səbəb ekipajın kabinəsində baş verən mübahisə olub. Bu barədə məlumatı "Kommersant" istintaqa yaxın mənbəyə istinadla yayıb.

Qəzetin yazdığına görə, ekspertlər laynerin parametrlərini və səs yazılarını deşifrə etdikdən sonra bu qənaətə gəliblər. Onlar baş vermiş hadisənin təsvirini bərpa edə biliblər.

Məlum olub ki, ikinci cəhddən sonra pilot təyyarəni əl rejimində idarə etmək qərarına gəlib. Yüksəklikdə pilotlar tanqajı (təyyarənin burnunun hərəkətini tənzimləyən meyl bucağı) nizamlamalı olublar. Elə problem də bu zaman yaranıb. Ekspertlərin fikrincə, ekipaj Boeing-in sabitlik rejimindən yüksəkliyə keçidin xüsusiyyətlərini nəzərə almayıblar. Təyyarə üzmə rejiminə keçərkən qırıcı kimi sürətə sərt keçidlə üzü aşağı gedib.

Mütəxəssislər hesab edirlər ki, pilotlar ya yorğunluqdan, ya da təcrübəsizlikdən laynerin özünüidarə manevrlərinin əl rejimində həyata keçirilməsində səhvə yol veriblər. Nəticədə hava məkanında sürət kəskin aşağı düşüb. Bu səbəbdən də kabinədə münaqişə yaranıb.

Təyyarəni idarə edən pilot sürət yığmağa cəhd edərək mühərrikin iş rejimini uçuş rejiminə keçirib. Onun həmkarı isə qeyd edib ki, təyyarənin burnunu sərbəst buraxmaq lazımdır. O, yüksəkliyə qalxmanı dayandırmaq məqsədilə sükanı özünə tərəf dartaraq "Dayan, Hara?, Dur!" deyə kolleqalarına qışqırıb.

"Ekipaj nəhayət öz fəaliyyətini koordinasiya etməyə nail olub, amma bu zaman artıq gec olub", — deyə qəzet yazıb.

Dubaydan gələn Flydubai aviaşirkətinə məxsus Boeing 737-800 təyyarəsi martın 19-da Rostov-Don səmasında qəzaya uğrayıb. Layner pis görünüş şəraitində yerə enərkən uçuş zolağının solunda yerə çırpılıb. Təyyarə yerə çırpılarkən partlayıb. Təyyarədə 61 nəfər — 55 sərnişin və 7 heyət üzvü olub. Onların hamısı həlak olublar.

Rusiya tərəfi təyyarənin qəzaya uğraması ilə bağlı 3 versiya üzərində dayanır: texniki nasazlıq, çətin hava şərtləri, ekipajın səhvi.

Əlaqədar

Rostovda təyyarə qəzasında həlak olanların siyahısı dərc olundu
Rostovda təyyarə qəzaya uğradı: 61 nəfər həlak oldu
Teqlər:
təyyarə, Boeing 737, Rostov-Don, Flydubai, qəza

Əsas mövzular