BAKI, 19 mart – Sputnik. Rusiyanın Rostov vilayətində qəzaya uğrayan “Boeing 737-800” sərnişin təyyarəsinin qara qutusu tapılıb. İkinci qutunun axtarışı davam etdirilir.
Sputnik xəbər verir ki, qəzanın araşdırılması üçün BƏƏ, ABŞ və Fransadan ekspertlər də əraziyə gələcəklər.
İlkin istintaq nəticələrinə görə, qəzaya səbəb hava şəraiti səbəbindən pilotun idarəetmədə səhvə yol verməsidir. İkinci variant isə texniki nasazlıqdır.
Xatırladaq ki, Dubaydan Rostov-Don şəhərinə uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün səhər saatlarında Rostovda pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb. Təyyarəsinin göyərtəsində olan bütün şəxslər həlak olublar. Təyyarədə 62 nəfər olub: 55 sərnişin və 7 heyət üzvü. İlkin məlumatlara əsasən, sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşı olub.