https://sputnik.az/20210803/muddetden-artiq-heqiqi-herbi-xidmete-qebul-uzre-imtahanlar-kecirilir-video-427615444.html
Zabit olmaq istəyənlər hansı imtahanlardan keçirlər
Zabit olmaq istəyənlər hansı imtahanlardan keçirlər
Sputnik Azərbaycan
MAXE olmaq üçün verilən imtahanın şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul... 03.08.2021, Sputnik Azərbaycan
2021-08-03T18:49+0400
2021-08-03T18:49+0400
2021-11-16T23:59+0400
xəbərlər
multimedia
video
cəmiyyət
müdafiə nazirliyi
ehtiyat
zabit
imtahan
hərbçi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427615398_0:39:1000:604_1920x0_80_0_0_f2805dc0b5d2c0bcd29700a1f1bfdd46.jpg
BAKI, 3 avqust — Sputnik. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üzrə imtahanlar başlayıb.Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, kursa müraciət etmiş namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, müharibə iştirakçılarına üstünlük veriləcək.İmtahanlara Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələri və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər buraxılıblar.İmtahan prosesinin şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul komissiyası tərəfindən həyata keçirilir.Qəbul komissiyası tərəfindən keçirilən imtahanların şəffaflığını və obyektivliyini təmin etmək məqsədi ilə bütün proseslərə video formatda tam nəzarət olunur və iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Təlimata uyğun olaraq namizədlər test suallarından əlavə fiziki hazırlıq, atış və sürücülük bacarıqları üzrə də müəyyən normativləri yerinə yetirirlər.İmtahan zamanı yaranmış sual və müraciətlər komissiya üzvləri tərəfindən dərhal baxılaraq yerində cavablandırılır.Eləcə də oxuyun:Zabit olmaq istəyənlər üçün şans: MN qəbul elan edibAzərbaycan hərbçiləri ən yeni nəsil texnikanın istifadəsini öyrənirlərZakir Həsənov Kəlbəcərə görə komandanları topladı: İstənilən təxribata hazır olunMN Ermənistanın Kəlbəcərdə Azərbaycan Ordusuna məxsus Uralı vurması barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427615398_0:7:1000:636_1920x0_80_0_0_8b19d92f8e499db61c81688c95769a17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, müdafiə nazirliyi, ehtiyat, zabit, imtahan, hərbçi, azərbaycan
xəbərlər, multimedia, müdafiə nazirliyi, ehtiyat, zabit, imtahan, hərbçi, azərbaycan
Zabit olmaq istəyənlər hansı imtahanlardan keçirlər
18:49 03.08.2021 (Yenilənib: 23:59 16.11.2021) MAXE olmaq üçün verilən imtahanın şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul komissiyası tərəfindən həyata keçirilir.
BAKI, 3 avqust — Sputnik. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üzrə imtahanlar başlayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, kursa müraciət etmiş namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, müharibə iştirakçılarına üstünlük veriləcək.
İmtahanlara Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələri və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər buraxılıblar.
İmtahan prosesinin şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul komissiyası tərəfindən həyata keçirilir.
Qəbul komissiyası tərəfindən keçirilən imtahanların şəffaflığını və obyektivliyini təmin etmək məqsədi ilə bütün proseslərə video formatda tam nəzarət olunur və iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Təlimata uyğun olaraq namizədlər test suallarından əlavə fiziki hazırlıq, atış və sürücülük bacarıqları üzrə də müəyyən normativləri yerinə yetirirlər.
İmtahan zamanı yaranmış sual və müraciətlər komissiya üzvləri tərəfindən dərhal baxılaraq yerində cavablandırılır.
Azərbaycan hərbçiləri
ən yeni nəsil texnikanın istifadəsini öyrənirlər