https://sputnik.az/20210802/MN-Ermnistann-Klbcrd-Azrbaycan-Ordusuna-mxsus-Ural-vurmas-bard--427606696.html
MN Ermənistanın Kəlbəcərdə Azərbaycan Ordusuna məxsus Uralı vurması barədə
MN Ermənistanın Kəlbəcərdə Azərbaycan Ordusuna məxsus Uralı vurması barədə
Sputnik Azərbaycan
Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə... 02.08.2021, Sputnik Azərbaycan
2021-08-02T19:40+0400
2021-08-02T19:40+0400
2021-08-02T19:43+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42105/35/421053512_0:20:3588:2048_1920x0_80_0_0_34227ba1aeff5826fe4f494e966ed9ce.jpg
BAKI, 2 avqust - Sputnik. Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi öz Facebook hesabında paylaşıb. Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.Ermənilər bu gün iki dəfə atəşkəsi pozublar Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.Cavab atəşi ilə qarşı tərəf susdurulub.Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.Naxçıvan yenə atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulubAvqustun 2-si saat 03:27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.Cavab atəşi ilə qarşı tərəf susdurulub.Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.Həmçinin oxuyun:* Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN* MN: Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır* MN: Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması ilə bağlı yayılan məlumat yalandır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42105/35/421053512_106:0:3364:2048_1920x0_80_0_0_a05c9f4f4b28e1275226e1815a213f14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
MN Ermənistanın Kəlbəcərdə Azərbaycan Ordusuna məxsus Uralı vurması barədə
19:40 02.08.2021 (Yenilənib: 19:43 02.08.2021) Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
BAKI, 2 avqust - Sputnik. Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi öz Facebook hesabında paylaşıb.
Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.
Ermənilər bu gün iki dəfə atəşkəsi pozublar
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Naxçıvan yenə atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub
Avqustun 2-si saat 03:27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.