15:01 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
© AR Ministry of Defence

Təlim zamanı xüsusi qruplar sutkanın müxtəlif vaxtlarında gizli yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızmaq, komanda məntəqəsi və hərbi təyinatlı obyektləri ələ keçirmək üzrə tapşırıqları yerinə yetirib.

 

BAKI, 22 may — Sputnik. 2021-ci il üçün birgə fəaliyyət planına əsasən Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun ümumqoşun poliqonunda keçirilən təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlim zamanı xüsusi qruplar sutkanın müxtəlif vaxtlarında gizli yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızmaq, komanda məntəqəsi və hərbi təyinatlı obyektləri ələ keçirmək üzrə tapşırıqları yerinə yetirib.

Məşğələlərdə əsas diqqət gizli hərəkətin təşkilinə, diversiya qruplarının məhv edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldilib.

Eləcə də oxuyun:

* Azərbaycan HHQ helikopteri Türkiyədə məcburi eniş edib - VİDEO

* Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimdə iştirak edəcəklər

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi - VİDEO

 

Teqlər:
video, Türkiyә, Azərbaycan, hərbi təlimlər

Digər videolar

Əsas mövzular