BAKI, 21 may — Sputnik. Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq "Anatolian Phoenix-2021" beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcəklər.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.
Təlim iyunun 4-dək davam edəcək.