00:25 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
© Sputnik / Rashad Keremoglu /Gülnar İbrahimova

Ərazisinin böyüklüyünə​, eləcə də heyvanlarının sayının və növünün çox ​olmasına görə nəinki​ Azərbaycanda, ümumiyyətlə Qafqazda​ yeganə və tək hesab edilən Şamaxı Safari Parkı Sputnik Azərbaycan-ın videosunda.

 

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Safari parkına getmək üçün Şamaxı-Dəmirçi-Lahıc yolu ilə bir xeyli məsafə qət etdikdən sonra ​​Pirqulu adlanan dağ-meşə massivinə çatırsan. Ümumi ərazisi​ 1200 hektar olan parkın​ 830 hektarlıq hissəsi beynəlxalq standartlara uyğun formada ​çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflonlar, yəni dağ qoyunları, alpaka və lamanın​ xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb.

Safari parkı vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Hər il orada konfranslar keçirilir və yarışlar olur. 2019-cu ildə parkın marallarından biri 3-cü yer, 2020-ci ildə isə Xan ləqəbli maral 1-ci yeri tutub. Yarış üçün erkək fərdlər seçilir və buynuzun şaxələrinə görə, böyüklüyünə görə marala qiymət verilir.

 

Digər videolar

Əsas mövzular