Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İlisudakı sirli yazı oxundu - VİDEO

Abunə olmaq
Üzərinə su tökülən zaman üzə çıxan yazılar hər kəsi təəccübləndirdi. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Turistlərin ən çox getdiyi yerlərdən olan Qaxın İlusu kəndində 433 ev var. Bu kənddəki əksər evlərin yaşı bir əsrdən çoxdur. Hər evin üzərindəki daş lövhələrdə ev haqqında məlumat əks olunub. Hasarlardan birinin üzərindəki daş isə görənlərin marağına səbəb olur.

İlk baxışdan orada heç nə görünmür. Lakin üzərinə su töküldükdə ərəb əlifbası ilə yazılmış mətn üzə çıxır.

Ev sahibi, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev Sputnik Azərbaycan-a bildirib ki,  həm evin, həm də daşın üzərindəki sirli yazının 140 ilə yaxın yaşı var.

Xəbər lenti
0