Turistlərin ən çox getdiyi yerlərdən olan Qaxın İlusu kəndində 433 ev var. Bu kənddəki əksər evlərin yaşı bir əsrdən çoxdur. Hər evin üzərindəki daş lövhələrdə ev haqqında məlumat əks olunub. Hasarlardan birinin üzərindəki daş isə görənlərin marağına səbəb olur.
İlk baxışdan orada heç nə görünmür. Lakin üzərinə su töküldükdə ərəb əlifbası ilə yazılmış mətn üzə çıxır.
Ev sahibi, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev Sputnik Azərbaycan-a bildirib ki, həm evin, həm də daşın üzərindəki sirli yazının 140 ilə yaxın yaşı var.