Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Əllərinə hansı mina düşübsə, basdırıblar: Füzulidə "məhsul yığımı"

Abunə olmaq
ANAMA-nın əməkdaşları işğaldan azad olunmuş əraziləri minalardan təmizləyirlər. Minalanmış sahələrin xəritəsi olmadığı üçün minaları aşkar etmək çətindir. Ermənistan xəritələri vermədiyinə görə ərazidə basdırılmış minaların yeri və sayı bilinmir.

İşğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları üç üsulla aparılır: mexaniki, detektorlar və xüsusi təlim görən itlər vasitəsilə. Xüsusi təlim keçən itlər ANAMA mütəxəssisləri tərəfindən hazırlanıb. Əvvəllər bu cür itlər xaricdən - Amerika, Bosniya və digər ölkələrdən alınıb gətrilirdi.

ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər - Sputnik Azərbaycan, 1920, 04.03.2021
FOTO
Təhlükəli iş: ANAMA əməkdaşları Qarabağı belə təmizləyirlər - fotolar

Artıq bu itlər yerli kinoloji mərkəzdə hazırlanır. Bir itin mina təmizləmə üzrə ixtisaslaşmasına 12-24 ay vaxt sərf edilir. Bu və bu kimi üsullarla işğaldan azad edilmiş ərazilərin indiyə qədər təxminən 3 milyon 600 min kvadrat metrdən çox ərazisi minalardan təmizlənib. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı - YENİLƏNİB - FOTO >>

O bildirib ki, həmin ərazilərdə 2 mindən çox tank əleyhinə, 4 mindən çox piyada əleyhinə minalar aşkar edilərək zərərsizləşdirilib. Mədət Məmmədov erməni tərəfinin minalanmış ərazilərin xəritəsinin Azərbaycana verməməsinə də toxunub, hazırda əsas strateji kommunikasiya xətlərinin ərazisinin təmizləndiyini bildirib:

“Kommunikasiya, elektrik, dəmir yolu xətləri, avtomobil magistralları - bunlar üçün keçidlər açılır. Hazırda əsasən avtomobil yolu, dəmir yolu, qaz, işıq və digər kommunikasiya xətləri keçən ərazilərdə təmizləmə aparılır. Qarşı tərəf minalanmış ərazilərin xəritəsini bizə vermədiyi üçün mina sahələrini aşkar etməkdə çətinlik çəkirik”.

Ərazilərin xəritəsiz olmasının onların işində çətinlik yaratdığını deyən daha bir həmsöhbətimiz Azərbaycan Respublikası minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov bütün ərazilərin minalandığını da əlavə edir.

“Demək olar ki, bütün ərazi minalanıb. Müxtəlif tipli minalar pərakəndə şəkildə basdırılıb. Artıq beynəlxalq səviyyədə məsələ qaldırılıb ki, Ermənistan minalanmış ərazilərin xəritələrini bizə versin. Verilmədiyinə görə ərazidə olan minaların yeri və sayı bilinmir. Bilinən odur ki, əllərinə hansı mina düşübsə, basdırıblar. Ərazidə basdırılan minaların çoxu Rusiya istehsalıdır. Ermənistan istehsalı olan minalar da var, tapılıb, çıxarılır”.

Xəbər lenti
0