Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda apardığı Vətən müharibəsi artıq şanlı tarixin bir hissəsinə çevrilib. İndi əsas məsələ bu ərazini bərpa etməkdir.
Hazırki vəziyyətdə dövlətin əsas vəzifələrindən biri burada nəqliyyat sisteminin tikintisidir. Füzulidə beynəlxalq aeroportun inşası ilə yanaşı, azad edilmiş ərazilərdə iki magistral yol çəkilir. Onlardan biri, İlham Əliyevin "Zəfər yolu" adı verdiyi magistral yol Füzuli və Şuşanı birləşdirəcək.
Azərbaycan Ordusunun gücü qarşısında geri çəkilən erməni hərbçiləri özlərindən sonra dağılmış ev və obyektlər, minalanmaış yollar saxlayıblar. Hazırda işğaldan azad olunmuş ərazilərin 80-85% təhlükəli sayılır.
Erməni əsgərlərinin bir yerdə 3-4 piyada əleyhinə mina qoyması isə vəziyyəti daha da çətinləşdirir.
İşğaldan azad edilmiş ərazilərdə hərəkətin və tikintinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları burada çalışırlar. İstehkamçılar yeddi ay ərzində Füzuli-Şuşa yolunun keçdiyi 34 kilometr ərazini təmizləyəcəklər.
Hər gün istehkamçılar piyada və tank əleyhinə minalar, partlamamış raket mərmiləri tapırlar. Bu çətin işdə ANAMA əməkdaşları xüsusi teknika və itlərdən istifadə edirlər.