Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanlıyıq, niyə qorxaq?! Atəş altında olan Tərtərdə son vəziyyət - VİDEO

Abunə olmaq
Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından humanitar atəşkəsi pozaraq Tərtər rayonunu ağır artilleriyadan atəşə tutub.

Tərtərin Qapanlı, Qazyan, Səhləabad, Əskipara kəndləri, rayon mərkəzi və Şıxarx qəsəbəsi intensiv atəşə tutulub. Yenə də ən çox atəşə məruz qalan yaşayış məntəqəsi Şıxarx qəsəbəsi olub.

Ağdamın əkin sahələri və meşələri Ermənistanın atdığı mərmilərindən əziyyət çəkir - video  - Sputnik Azərbaycan
VİDEO
Ağdamda atəş səsləri susmur – dağıntıların videosu

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08:00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də, səhər saat 06 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Dağıdılmış qəbir daşları – Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu >>

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.

Xəbər lenti
0