17:42 22 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

29 yaşlı zaqatalalı Həbibullah Babayevin yaşadığı həyətə daxil olanda sanki nağıllar aləminə düşürsən. Qəhrəmanımız həyətini və evini öz əlləri ilə düzəltdiyi mozaika və dağlama üsulu ilə hazırlanmış əsərlərlə bəzədib. Buna necə nail olduğunu videomuzda izləyin.

Həbibullah Babayev üçün lazımsız material yoxdur. O, bir çoxumuzun gərəksiz adlandırdığı əşyalara ikinci həyat bəxş edir. Yaşadığı ev və həyət onun əl işləri ilə bəzədilib və hər əşya tullantı mişar daşı, şin, çaylaq daşı kimi materiallardan hazırlanıb. Maraqlısı odur ki, Həbibullahın ali təhsili yoxdur. 

“Çox istəyərdim ki, rəssamlıq sənətinə yiyələnim, amma hələ ki, bu mənim üçün bir arzu olaraq qalıb. Mənə elə gəlir ki, bu işlər rəssamlığı bilən insanlar üçün daha rahat olar. Mən isə hər iş üzərində əziyyət çəkirəm, nüanslarını internetdə araşdırıram”, - deyə gənc bizimlə bölüşüb.

Onun hazırladığı hər iş bir nüsxədə olduğuna görə o, əl işlərini satmaq fikrində deyil. O, bu işlə satış üçün deyil, dincəlmək üçün məşğul olduğunu deyib.

“Gündəlik qayğılardan, işdən yorulanda bu sənətlə məşğul oluram, beynim dincəlir, ruhum təzələnir”, - deyə Babayev etiraf edib.

Bu vaxta qədər Həbibullah heç bir sərgidə iştirak etməyib. İşlərin əksəriyyətini isə daşımaq qeyri-mümkündür. Amma nə vaxtsa öz işində kamilləşib sərgi təşkil etmək onun planlarından biridir.

Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (30)

Digər videolar

Əsas mövzular

  • Leonid Kalaşnikov, arxiv şəkli

    Azərbaycanın nümayəndə heyəti sentyabrın 23-də Rusiya Dövlət Dumasında "böyük görüş" keçirəcək. Rusiya və Azərbaycan parlamentariləri COVID-19 pandemiyası şəraitində iqtisadi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək niyyətindədirlər

    18
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin binası

    Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır

    6
  • Yerevanda etirazlar, arxiv şəkli

    Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

    595