CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oxumamış rəssam - Zaqatalalı gənc bağında lazımsız materiallardan nağıllar aləmi yaradıb

Abunə olmaq
29 yaşlı zaqatalalı Həbibullah Babayevin yaşadığı həyətə daxil olanda sanki nağıllar aləminə düşürsən. Qəhrəmanımız həyətini və evini öz əlləri ilə düzəltdiyi mozaika və dağlama üsulu ilə hazırlanmış əsərlərlə bəzədib. Buna necə nail olduğunu videomuzda izləyin.

Həbibullah Babayev üçün lazımsız material yoxdur. O, bir çoxumuzun gərəksiz adlandırdığı əşyalara ikinci həyat bəxş edir. Yaşadığı ev və həyət onun əl işləri ilə bəzədilib və hər əşya tullantı mişar daşı, şin, çaylaq daşı kimi materiallardan hazırlanıb. Maraqlısı odur ki, Həbibullahın ali təhsili yoxdur. 

“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır  - Sputnik Azərbaycan
VİDEO
“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır

“Çox istəyərdim ki, rəssamlıq sənətinə yiyələnim, amma hələ ki, bu mənim üçün bir arzu olaraq qalıb. Mənə elə gəlir ki, bu işlər rəssamlığı bilən insanlar üçün daha rahat olar. Mən isə hər iş üzərində əziyyət çəkirəm, nüanslarını internetdə araşdırıram”, - deyə gənc bizimlə bölüşüb.

Onun hazırladığı hər iş bir nüsxədə olduğuna görə o, əl işlərini satmaq fikrində deyil. O, bu işlə satış üçün deyil, dincəlmək üçün məşğul olduğunu deyib.

“Gündəlik qayğılardan, işdən yorulanda bu sənətlə məşğul oluram, beynim dincəlir, ruhum təzələnir”, - deyə Babayev etiraf edib.

Bu vaxta qədər Həbibullah heç bir sərgidə iştirak etməyib. İşlərin əksəriyyətini isə daşımaq qeyri-mümkündür. Amma nə vaxtsa öz işində kamilləşib sərgi təşkil etmək onun planlarından biridir.

Xəbər lenti
0