CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaxtında edilmiş ixtira: Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq

Abunə olmaq
Cəlilabad sakini istənilən ərazidə işləyə bilən artezian quyusu qazan qurğu hazırlayıb. Qurğunun necə göründüyü və necə işlədiyini isə videomuzda izləyin.

Bir çox rayon sakini üçün artezian quyuları təmiz içməli su probleminin həllidir. Cəlilabad rayonu Günəşli kənd sakini Rövşən Abdullayev istənilən ərazidə işləyə bilən artezian quyusu qazan qurğu hazırlayıb.

Lerik sakinindən yeni ixtira: Artezian quyu qazmaq üçün  - Sputnik Azərbaycan
VİDEO
Lerik sakinindən yeni ixtira: Artezian quyu qazmaq üçün texnika

“Mən buraya yeni köçdüyüm vaxtlarda suya ehtiyac yarandı. Çox vaxt susuz qalırdıq. Bu cihazı özüm düzəltmək fikrinə gəldim. 2018-ci ilin fevral ayından bu qurğunu sınaqdan keçirmişəm və o vaxtdan bəri bir çox suya ehtiyacı olan insanlar üçün quyu qazmışam”, - deyə Abdullayev bizimlə bölüşüb.

Cəlilabadlı ixtiraçı bu cihazı ərsəyə gətirmək üçün 800 manat pul xərcləyib. Bir il ərzində lazım olan detalları toplayıb, qazıcı qurğuları və yeri qazan baltaları isə öz əli düzəldib. Qurğunu dar küçə, məhəllə, hətta dərin xəndəklərin içində asanlıqla quraşdırıb çalışdırmaq mümkündür.

“Qurğu həm 220, həm də 380 volt gərginlik ilə çalışır. Kiçik həcmli olduğundan hər kəs onu çalışdıra bilər. Hal-hazırda 25 metr dərinliyə kimi qazmaq üçün qazma borularım da var”, - deyə usta yekunlaşdırıb.

Usta hər kəsə suyu israf etməməyi və sudan səmərəli istifadə etməyi tövsiyə edir.

Xəbər lenti
0