CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lerik sakinindən yeni ixtira: Artezian quyu qazmaq üçün texnika

Abunə olmaq
Lerik rayon Pirzəkücə kənd sakini, əvvəllər sürücü işləmiş Nemət Əliyev artezian quyu qazmaq üçün yeni texnika icad edib.

Bunun da səbəbi odur ki, dağlıq ərazilərdə su təchizatını təmin etmək üçün əhalinin çoxu çıxış yolunu öz həyətlərində artezian quyuları qazmaqda görür.

Əliyevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə dediyinə görə, ərsəyə gətirdiyi qurğunu hazırlamaq üçün xarici ölkələrin istehsalı olan avtomobil və digər texnikaların hissələrindən faydalanıb.

Onun icad etdiyi texnikanın mühərriki dizel yanacağı ilə işləyir, həcmi 2,3 kub santimetrdir. 130 at gücünə malikdir. Yanacaq sərfiyyatı da olduqca azdır.

N.Əliyev təkbaşına, heç kimin köməyi olmadan yığdığı qurğuya hələ xüsusi ad verməyib. Maşını ərsəyə gətirməyə isə 18 aya yaxın vaxt sərf edib.

Müsahibimiz onu da bildirib ki, yaratdığı texnika quyu qazdırmaq istəyən sakinlərə çox sərf edir. Onun bu günə kimi qazdığı ən dərin quyu 56 metr olub.

Xəbər lenti
0