CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Tətillərin” şok effekti: “Sədərək” TM karantindən sonra yenidən canlanır – video

Abunə olmaq
Demək olar ki, iki ay yarımlıq fasilədən sonra Bakıda ən məşhur ticarət mərkəzi olan “Sədərək” yenidən işə düşüb. Karantindən sonra onun necə canlandığını videomuzda izləyin.

Karantinin yumşaldılması çərçivəsində 31 maydan ölkə ərazisində iri ticarət mərkəzləri və molların işinin bərpa edilməsi qərarı verilib. Düzdür, bəzi məhdudiyyətlər də qoyulub. Bakıda isə fəaliyyətini martın sonundan dayandırmış “Sədərək” və “Binə” iri ticarət mərkəzlərinin işə düşməsini səbirsizliklə gözləyirdilər.

“Həmişə Təmizlikdə” – Bakıda koronavirusla bağlı total dezinfeksiya  - Sputnik Azərbaycan
VİDEO
"Həmişə təmizlikdə!" – Maska ilə iş bitmir

Açılmazdan öncə bütün ticarət sahəsində dezinfeksiya işləri aparılıb. İnsanlar həmişə olduğu kimi çoxdur, amma satıcılar alış-verişin aşağı düşdüyündən gileylənirlər. Ona görə mərkəzləşmiş təmizlik işlərindən başqa, özləri də dezinfeksiya etməyə çalışır, alıcılarına maska paylayır, bütün səylərini işin yenidən canlanmasına yönəldirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 1-dən ictimai nəqliyyat, bazar, ticarət obyektləri, dövlət idarələri və şəxsi müəssisələrdə maskaların taxılması məcburidir. Bu tələbin pozulmasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ödəməli olacaqlar.

Buna baxmayaraq, Sputnik Azərbaycan-ın müşahidələri onu göstərib ki, vətəndaşlarımızın çoxu bu məsləhətə barmaqarası baxır.

Xəbər lenti
0