Dünən Azərbaycan koronavirusla bağlı mübarizədə pik nöqtəsinə çatıb desək, yanılmarıq. İctimai tələblərə cavab olaraq, bu gündən bütün məktəb, bağça və ali təhsil müəssisələri dezinfeksiya üçün bağlanıb.
Ən son məlumata görə, ölkədə 3 yoluxma halı qeydə alınıb. Hər üçü virusu xarici ölkələrdən "suvenir" olaraq gətirib. 200-dən artıq adam karantindədir.
Bununla bağlı olaraq ölkədə bir çox insanların kütləvi şəkildə yığışacağı tədbirlər təxirə salınır, ictimai yerlərdə isə total dezinfeksiya işləri aparılır. "Şər deməsən, xeyir gəlməz" deyirlər. Bəlkə, bundan sonra hər kəs əllərini sabunla yumağa başlayar və şəxsi gigiyena qaydalarının nə qədər vacib olduğunu başa düşər. Maska ilə iş bitmir.