CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəransayağı suşi: milli koloritli yapon yeməyi – VİDEO resept

Abunə olmaq
Son zamanlar Yaponiya mətbəxinin incisi olan suşi və rollar bir çox azərbaycanlının sevimlisinə çevrilib. Bundan əlavə, Lənkəranda hətta milli koloritli suşi hazırlamağa başlayıblar belə. Daha ətraflı videomuzda izləyin.

Bakıda suşi-bar tapmaq olduqca asandır, onlar paytaxtda getdikcə populyarlaşır. Rayonlarda isə vəziyyət bir qədər fərqlidir. Amma sən demə, Lənkəranda da yapon mətbəxini sevənlər az deyilmiş.

Lənkəranda yerləşən Xəzər Palace mehmanxanasının  baş aşpazı Nüsrət Səlimov öz mətbəxində təcrübə aparıb və ənənəvi yapon suşi və rollarını lənkəransayağı hazırlamağa qərar verib.

Talış mətbəxinin incisi, balıq sırdağı – videoresept  - Sputnik Azərbaycan
VİDEO
Talış mətbəxinin incisi, balıq sırdağı – videoresept

Onun sözlərinə görə, ilk öncə o iştirak etdiyi festival üçün maraqlı yeni resept hazırlamağa qərar verib və içi ləvəngi ilə doldurulmuş suşi ideyasını fikirləşib. Daha sonra isə o, düyünün digər milli yeməklərlə sintezini etmək qərarına gəlib. Bu roll və suşilərin ən əsas tərkib hissəsi isə Xəzər dənizindən tutulan təzə və duza qoyulmuş kütüm, xəşəm, nərə və qızılbalıqlarıdır.

Hal-hazırda baş aşpaz altı növ azərbaycan yeməyindən suşi və roll üçün içlik hazırlayır. Bunlara hisə verilmiş kütüm balığı ilə lərgə plov, turşu kababla şüyüdlü düyü, çölmə kababı ilə plov, qızılbalıqdan hazırlanan balıq sırdağı ilə plov və badımcan turşusu və hisə verilmiş nərə balığı ilə balqabaqlı plov aiddir.

Vassabi əvəzinə isə aşpaz bu rolların yanına şəkər tozu, giləmərzə otu və sirkə qatılmış alça turşusu və zoğal surşusundan hazırlanan souslar təklif edir.

Nüsrət Səlimov eksperimentlərini bununla bitirmək fikrində deyil və Azərbaycan-yapon mətbəxlərinin sintezini daha da təkmilləşdirməyə səy göstərəcək.

Xəbər lenti
0