CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fəridə nəhayət məktəbə gedəcək – Sputnik Azərbaycan-ın aksiyasının ilk hissəsi başa çatıb

Abunə olmaq
Sputnik Azərbaycan “Məktəbə getmək ümidi ilə” xeyriyyəçilik aksiyasının birinci hissəsini başa çatdırıb. İlk ailə üçün lazım olan bütün vəsait yığılıb. Balaca Fəridənin sevincini videomuzda izləyin.

Sputnik Azərbaycan avqustun əvvəlində “Məktəbə getmək ümidi ilə” xeyriyyəçilik aksiyasına start verib. Aksiyanın məqsədi aztəminatlı ailələrin uşaqlarını bütün zəruri məktəb ləvazimatı ilə təmin etməkdir.  

Девочка собирается в школу, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəbə getmək ümidi ilə - Sputnik Azərbaycan-ın yeni sosial aksiyası

Bu cür ailələrdən biri tənha ana Səfurə Məmmədovanın ailəsidir. O, altı yaşlı qızı Fəridəni və iki yaşlı oğlu Yusifi tək böyüdür, tərbiyə edir.

Bir çox xeyirxah insanlar aksiyaya qoşulub və Fəridəni məktəb çantasından tutmuş rəngli karandaşlara qədər bütün məktəbli ləvazimatı ilə təmin ediblər. Onların arasında adlarının çəkilməsini istəməyən xeyirxah şəxslər da olub.

Biz isə aksiyamıza qoşulan, uşaqları sevindirən bütün iştirakçılara minnətdarlığımızı bildiririk. Fəridənin isə böyük zirvələri fəth edəcəyindən əminik.

Məktəbə getmək ümidi ilə: Uşaqlar həyatdan zövq almalıdırlar>>

Xəbər lenti
0