CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın gözəl ənənəsi davam edir – Mətbuat günündə H.B. Zərdabi yad edildi

Abunə olmaq
Sputnik Azərbaycan Mətbuat gününü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin xatirəsini yad etməklə qeyd edib. Daha ətraflı videomuzda.

Azərbaycanda iyulun 22-də qeyd olunan Mətbuat gününü Sputnik Azərbaycan artıq gözəl ənənə halına çevrilmiş tədbirlə qeyd edib. Artıq 4-cü dəfə keçirilən tədbirə Mətbuat Şurasının sədri Əflatun Amaşov da qoşulub.

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin rəhbəri Əziz Əliyev bütün jurnalistlərin bayramını təbrik edib.

“Azərbaycan Respublikasının çiçəklənməsi naminə hamımıza bol-bol xeyirxah, qərəzsiz, obyektiv və pozitiv materiallar arzu edirəm”, - deyə Sputnik Azərbaycan-ın rəhbəri bütün jurnalistlərə xoş sözlərini çatdırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Sputnik Azərbaycan-ın Azərbaycanla bağlı həqiqətlərin ölkədən kənarda yayılmasında və ölkənin imicinin formalaşmasında gördüyü işləri qeyd edib.

Abidənin önünə toplananlar ölkədə mətbuatının banisinin xatirəsini yad edib, abidənin önünə əklil qoyublar.

Xəbər lenti
0