Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ləzgi mətbəxinin tacı – dadı damaqda qalan tskan

Abunə olmaq
Ləzgi dilində bircə söz belə, bilməsəniz də, əminik ki, tskanın nə olduğunu hər kəs yaxşı bilir. Ləzgi mətbəxinin ən tanınmış yeməyinin hazırlanma qaydasını isə Sputnik Azərbaycan-ın videosunda izləyin.

Kələmli, şit şorlu, əvəlikli, qarınlı, göyərtili... Tskanın müxtəlif növləri olsa da, evdar qadın Zahidə Bağırovadan bu yeməyin ən tanınmış növü olan ətli-kartoflu tskan bişirməsini xahiş etdik.

Lazım olan ərzaqlar:

Azərbaycanda çoxəsrlik toy adəti - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanda çoxəsrlik toy adəti

700 qram un

5-6 böyük kartof

Yarım kilo qiymə (həm mal, həm qoyun əti)

1 ç.q. kəklikotu

1 ç.q. istiot

1.5 ç.q. duz

300 qram yağ

2 ədəd böyük baş soğan

Mal ətindən istifadə olunursa, bir az quyruq qatmaq lazımdır ki, tskan daha ləzzətli alınsın.

İlk öncə su və duz qatmaqla adi xəmir yoğrulur. Xəmir, haradasa 300 qram su aparacaq. Nə həddən artıq yumşaq, nə də həddən artıq bərk olmalıdır. Hazır olandan sonra isə iki yerə bölünür, kündələnir. Sonra isə kündələr açılır, içi yağlanır, qat salınır və öz növbəsini gözləyir.

İçlik üçün istifadə edilən bütün ərzaqlar mütləq çiy olmalıdır. Kartof və soğan doğranır, ət və ədviyyatlarla birgə yaxşıca qarışdırılır.

İçinə qat salınmış kündələrdən biri açılır və içlik üzərinə elə yayılır ki, kənarlarda 1 sm-lik məsafə qalsın. Üst lavaş isə altdakından balaca yayılır ki, kənarlar bükülə bilsin. Qıraqlar su ilə azsa isladılır və büküləndən sonra çəngəllə bərkidilir ki, bükümlər açılmasın. Bütün ərzaqlar çiy olduğundan öz buğunda bişməlidir.

Zahidə Bağırova deyir ki, kənd yerlərində tskanın içinə bir qat da əlavə edirlər. Bunun üçün, adətən iki layın arasına bişmiş yuxa əlavə edilir və hər iki qatı içliklə doldurulur. Belə olduqda tskan da “ikimərtəbəli” alınır. Şəhər yerində isə tezliyə üstünlük verildiyindən tskanı sadəcə “birmərtəbəli” edirlər.

Ən sonda isə tskan öncədən qızdırılmış sobada, haradasa 1 saat ərzində 180-200 dərəcədə bişməlidir.

Nuş olsun!

Xəbər lenti
0