17:50 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Çox yaxın keçmişdə baş verdiyinə görə bir çoxumuz 20 Yanvar hadisələrini ədəbiyyat və televiziyadan deyil, şəxsən xatırlayırıq.

Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə qonaqlarımızdan 20 Yanvar hadisələrini bir də yaddaşlarında canlandırmağı xahiş etdik.

Xalq artisti Cənnət Səlimova bildirdi ki, o, dünyaya məhz 20 yanvar tarixində göz açıb. Və hər il ad günündə valideynlərinin məzarı üstünə gedirmiş. O gün də nəqliyyat vasitələrinin işləməməsinə baxmayaraq, piyada qəbiristanlığa gedib.

Xalq artisti qeyd etdi ki, o gün dəhşətli hadisələrin baş verməsinə baxmayaraq, xalqımızın milli birlik hissi onu olduqca sarsıdıb.

Əməkdar artist İntiqam Soltan isə o vaxtlar tələbə olduğunu və minlərlə tələbə kimi həmin gecənin iştirakçısı olduğunu deyib. Qeyd edib ki, həmin hadisələr xalqın birləşməyinin və müstəqillik istəyinin ilk rüşeymləri idi və qatılmamaq qeyri-mümkün idi.

Əməkdar artist heç bir gülləyə rast gəlmədən sağ qalmasını isə təsadüf hesab edib.

Ekspert Kamran Əsədov isə 20 Yanvar hadisələri baş verəndə 5 yaşlı uşaq olub, Neftçala rayonunda yaşayıb. O, Bakıda baş vermiş hadisələr barədə dəqiq məlumatın rayona 5-6 gün gec çatdığını bildirib və yol kənarında uşaqlarla oynadığı vaxt qarşılaşdığı sovet tankından danışıb.  Qeyd edib ki, sovet ordusu qəhrəman və xilaskar ordu kimi qələmə verildiyindən, onların xalqımıza qarşı bədbəxt hadisə törədə biləcəyini heç zaman düşünməyiblər.

Digər videolar

Əsas mövzular