Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş dəyirmi masasının mövzusu çox yaxın keçmişdə baş vermiş bu hadisələrin KİV-də, ədəbiyyatda və incəsənətdə əksi olub.
Dəyirmi masada Azərbaycanın əməkdar jurnalisti Qulu Məhərrəmli, Xalq artisti Cənnət Səlimova, Əməkdar artist İntiqam Soltan və təhsil sahəsi üzrə mütəxəssis Kamran Əsədov iştirak ediblər.
Mütəxəssislərimiz yekdilliklə bildiriblər ki, bu hadisələr qorxunc tarixçə kimi deyil, Azərbaycan xalqının qəhrəmanlıq nümunəsi, mətanətliliyi kimi qələmə verilməlidir.