18:42 18 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0249
  • USD1.7000
  • EUR1.9876
© Sputnik / Leyla Abdullayeva / Kamilla Əliyeva

Pomidor mürəbbəsinin adı isə çoxumuza yaddır. Bu mürəbbənin adını eşitdikdə çoxumuzda həm təəccüb hissi yaranır, həm də onun hazırlanması qaydası maraqlı gəlir.

Adətən çay süfrələrimizi müxtəlif meyvələrdən, hətta tərəvəzlərdən hazırlanmış mürəbbələr bəzəyir. Bəzən olur ki, eyni mürəbbələri dadmaqdan bezirik və yeni ağız dadı təamlarının axtarışında oluruq.

İndiyədək, demək olar ki, əksəriyyətimiz gilas, böyürtkən, şaftalı, ərik, həmçinin qarpız, badımcan, balqabaq kimi meyvə və tərəvəzlərdən hazırlanmış mürəbbələri dadmışıq, ən azı adını eşitmişik. Çoxlarının marağına səbəb olan pomidor mürəbbəsinin hazırlanma qaydasını bizə Həvva Qurbanova bişirərək göstərəcək.

İlk növbədə qeyd edək ki, bu mürəbbə üçün xüsusi formada olan, çox xırda ölçülü (çerri) pomidorlardan istifadə edilir.

Pomidor mürəbbəsinin hazırlanması üçün lazım olan ərzaqlar:
— 1 kq pomidor
— 1,2 kq şəkər tozu
— 1 stəkan su
— çay sodası

Hazırlanma qaydası: Əvvəlcə pomidorlar yuyulur, çəngəl ilə bir neçə yerdən deşilir və sodalı suya qoyulur. Pomidorların bərk qalmasını istəyəriksə sodalı suda çox saxlamalıyıq. Pomidorlar sodalı sudan çıxarıldıqdan sonra təmiz su ilə yuyulur, bişiriləcək qaba tökülür. Üzərinə şəkər tozu və su əlavə olunaraq bişirilir.

Sonda onu da bildirək ki, pomidor mürəbbəsinin yüksək təzyiq və mədə-bağırsaq xəstəliklərinin müalicəsində çox yaxşı təsir göstərdiyi də bildirilir.

Nuş olsun!

Digər videolar

Əsas mövzular