22:29 26 İyul 2017
Canlı yayım
VİDEO

Çörəkbişirmə sənətinin vazkeçilməzi - təndir

Qısa URL
12220
© Sputnik / Rahim Zakiroğlu / Kamilla Əliyeva

Cənub zonasında təndir düzəldilməsi peşəsi geniş yayılıb, ətraf rayonlarda da belə ustalar var. Amma Pensər ustalarının düzəltdikləri təndirlər digərlərindən fərqlidir.

Astara rayonunun Pensər kəndi rayonun ən qədim tarixə malik kəndlərindəndir. Bu kənddə bir məhəllə var ki, kəndin özü kimi, Respublika miqyasında, hətta ölkə xaricində tanınır. Həmin məhəllədə 50-yə yaxın usta yaşayır. Onların hamısı eyni peşənin sahibləridir — saxsı materialdan təndir düzəldirlər.

Ustalar təndirə tələbatın çox olduğunu bildirirlər. Təndir həm də yanacağı az aparır. Çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri heç nə əvəz edə bilməz.

 

Əlaqədar

"Mallarımız Sibirə kimi gedib çatır" — Hamının eyni sənətlə məşğul olduğu kənd
Təndir düzəldən ustaların sayı kəskin surətdə azalıb

Digər videolar

Əsas mövzular