https://sputnik.az/20210805/kibercinayetkarlarin-en-populyar-firildaqciliq-sxemleri-ashkarlandi-427626934.html
Sizə də kriptovalyuta ilə qazanmaq təklif olunur? Hesabatla tanış olmağın vaxtıdır
Sizə də kriptovalyuta ilə qazanmaq təklif olunur? Hesabatla tanış olmağın vaxtıdır
Sputnik Azərbaycan
Təklifləri daha inandırıcı olsun deyə kibercinayətkarlar böyük şirkətlərin markalarından istifadə ediblər. 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T13:57+0400
2021-08-05T13:57+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
hi-tech
kibercinayət
fırıldaq
hesabat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41001/52/410015200_0:200:1920:1280_1920x0_80_0_0_e6a0dc9f66552f874513db871b2e5770.jpg
BAKI, 5 avqust — Sputnik. İlin ilk yarısında 2020-ci il tendensiyalarının böyük əksəriyyəti olduğu kimi qalıb: kiber cinayətkarlar hələ də COVID-19 və peyvənd mövzusundan fəal şəkildə istifadə edir və kompensasiya vəd edir, korporativ istifadəçilərə hücumlar üçün çox yüksək keyfiyyətdə məktublar yaradır və onlayn mağazaların saxta versiyalarını tərtib edirlər.Bundan əlavə, 2021-ci ilin ikinci rübündə bulud xidmətləri ilə bu və ya digər şəkildə bağlı olan göndərişlərə əlavə olaraq, iş yazışması adı altında gizlədilən və zərərli proqramlara keçidlər ehtiva edən məktublar da müəyyən edilib.Sputnik Azərbaycan bildirir ki, bu barədə "Kaspersky" şirkətinin son altı ay ərzində kibercinayətkarların internetdə azərbaycanlılara hansı aralıqlarla hücum etdiyinə dair hesabatında deyilir. Araşdırmalarla həmçinin ən populyar fırıldaqçılıq sxemləri aşkar edilib. Bu müddət ərzində şirkət ölkədə fişinq səhifələrinə 115 mindən çox, skam resurslarına isə 36 mindən çox keçid cəhdini bloklayıb. Kaspersky-nin məlumatına görə, 2021-ci ilin ilk altı ayında Azərbaycanın poçt trafikində spamın payı 29% olub."Asan pul" qazanmağın metodlarıMinimum səylə sürətli qazanc əldə etmək təklifləri ən çox yayılmış fırıldaqçılıq növlərindən biri olaraq qalmaqdadır. Bu ilin ikinci rübündə kiber cinayətkarlar "asan pul" əldə etmək metodlarının növlərini artırmaq qərarına gəliblər. Məktub ünvanlanan şəxslərə təbii qaynaqlara (neft, qaz və s.) və ya bu qaynaqlar tərəfindən dəstəklənən kriptovalyutalara maliyyə yatırımı etmək təklifi edilib. Bundan əlavə, qaz mövzusu kompensasiya təklif edilən adəti sxemlərdə də ortaya çıxıb. Təklifləri daha inandırıcı olsun deyə, kibercinayətkarlar böyük şirkətlərin markalarından istifadə ediblər. Bununla da yatırımları qəbul edən saytlar, fırıldaqçıların onun mövcud olduğu müddət ərzində qurbanlardan əldə edə bildikləri pulları ilə birlikdə tez bir zamanda yoxa çıxıblar.Zərərli proqramlar və qorunma üsullarıZərərli proqramlara gəldikdə, 2021-ci ilin ikinci rübündə kibercinayətkarlar spamlarla birlikdə ən çox Badun ailəsinin troyanlarını göndəriblər (7%). Elektron sənəd kimi gizlədilən bu zərərli proqramlar tez-tez arxivlərdə paylanılır. İlk üçlükdə, həmçinin hesab məlumatlarını oğurlamaq üzrə ixtisaslaşan Agesla troyanı (7%) və Windows tapşırıq planlayıcısını istismar edən Taskun ailəsi (4%) qərarlaşıb."Fırıldaqçıların qurbanı olmamaq üçün kart məlumatlarını daxil etməzdən əvvəl saytın ünvanına diqqət yetirməlisiniz. Poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməməyi, şübhəli saytlardakı reklam bannerlərinə klikləməməyi məsləhət görürük. Onlayn alış-veriş üçün başqa bir kart, məsələn, virtual kart əldə etmək və hesabda kiçik məbləğlər saxlamaq, həmçinin gündəlik məxaric limitləri təyin etmək daha yaxşı olar. Fişinq saytına keçid cəhdlərini və ya zərərli reklam bannerlərini önləyən bir təhlükəsizlik həlli quraşdırmaqda da fayda var", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib."Kaspersky", istifadəçilərə informasiya təhlükəsizliyi üçün tövsiyə edir ki, məktublarda, sosial şəbəkələrdə və messencerlərdə göndərilən, xüsusilə tanımadığınız adamlardan gələn linklərə keçid etməzdən əvvəl onların ünvanlarını diqqətlə yoxlayın, bütün hesablarınız üçün fərqli etibarlı şifrələrdən (müxtəlif ölçülü hərflər, rəqəmlər və simvollardan ibarət 12 dimvollu şifrə) istifadə edin,mobil cihazlar da daxil olmaqla, cihazlarınıza, məsələn, Kaspersky Internet Security kimi etibarlı qoruma həlli quraşdırın.Biznesmenlər üçün yaddaşBiznes üçün bir neçə əlavə tövsiyə də var. Belə ki, sahibkar olaraq rəqəmsal mühitdə praktiki davranış vərdişləri aşılayan müntəzəm rəqəmsal savadlılıq təlimləri keçin (məsələn, bunu Kaspersky Automated Security Awareness Platform-un köməyilə edə bilərsiniz).Fidyə proqramlarından qorunmaq üçün pulsuz kursu burada görə bilərsiniz, cihazın itirilməsi və ya məlumat sızması hallarına qarşı qiymətli sənədlərinizin ehtiyat nüsxəsini yaradın və onları şifrələyin, proqram təminatını müntəzəm olaraq yeniləyin: bu yeniləmələrdə istehsalçılar təcavüzkarların istifadə edə biləcəyi potensial proqramın zəifliklərini aradan qaldırır və hərtərəfli qorunma üçün, məsələn, Kaspersky Endpoint Security kimi sadə idarəetmə və sınaqdan çıxmış funksiyalara malik uyğun bir həll seçin.Eləcə də oxuyun:Nazirlikdə laboratoriya yaradılıb: yeni nəsil mütəxəssislər hazırlayacaqlarOnlayn satışlarla bağlı problemlər var, diqqətli olun
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41001/52/410015200_159:0:1866:1280_1920x0_80_0_0_b50c12e0119464bf3be0b5ee9ed11f80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, hi-tech, kibercinayət, fırıldaq, hesabat, azərbaycan
xəbərlər, hi-tech, kibercinayət, fırıldaq, hesabat, azərbaycan
Sizə də kriptovalyuta ilə qazanmaq təklif olunur? Hesabatla tanış olmağın vaxtıdır
13:57 05.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Təklifləri daha inandırıcı olsun deyə kibercinayətkarlar böyük şirkətlərin markalarından istifadə ediblər.
BAKI, 5 avqust — Sputnik. İlin ilk yarısında 2020-ci il tendensiyalarının böyük əksəriyyəti olduğu kimi qalıb: kiber cinayətkarlar hələ də COVID-19 və peyvənd mövzusundan fəal şəkildə istifadə edir və kompensasiya vəd edir, korporativ istifadəçilərə hücumlar üçün çox yüksək keyfiyyətdə məktublar yaradır və onlayn mağazaların saxta versiyalarını tərtib edirlər.
Bundan əlavə, 2021-ci ilin ikinci rübündə bulud xidmətləri ilə bu və ya digər şəkildə bağlı olan göndərişlərə əlavə olaraq, iş yazışması adı altında gizlədilən və zərərli proqramlara keçidlər ehtiva edən məktublar da müəyyən edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Kaspersky" şirkətinin son altı ay ərzində kibercinayətkarların internetdə azərbaycanlılara hansı aralıqlarla hücum etdiyinə dair hesabatında deyilir.
Araşdırmalarla həmçinin ən populyar fırıldaqçılıq sxemləri aşkar edilib.
Bu müddət ərzində şirkət ölkədə fişinq səhifələrinə 115 mindən çox, skam resurslarına isə 36 mindən çox keçid cəhdini bloklayıb. Kaspersky-nin məlumatına görə, 2021-ci ilin ilk altı ayında Azərbaycanın poçt trafikində spamın payı 29% olub.
"Asan pul" qazanmağın metodları
Minimum səylə sürətli qazanc əldə etmək təklifləri ən çox yayılmış fırıldaqçılıq növlərindən biri olaraq qalmaqdadır. Bu ilin ikinci rübündə kiber cinayətkarlar "asan pul" əldə etmək metodlarının növlərini artırmaq qərarına gəliblər. Məktub ünvanlanan şəxslərə təbii qaynaqlara (neft, qaz və s.) və ya bu qaynaqlar tərəfindən dəstəklənən kriptovalyutalara maliyyə yatırımı etmək təklifi edilib. Bundan əlavə, qaz mövzusu kompensasiya təklif edilən adəti sxemlərdə də ortaya çıxıb. Təklifləri daha inandırıcı olsun deyə, kibercinayətkarlar böyük şirkətlərin markalarından istifadə ediblər. Bununla da yatırımları qəbul edən saytlar, fırıldaqçıların onun mövcud olduğu müddət ərzində qurbanlardan əldə edə bildikləri pulları ilə birlikdə tez bir zamanda yoxa çıxıblar.
Zərərli proqramlar və qorunma üsulları
Zərərli proqramlara gəldikdə, 2021-ci ilin ikinci rübündə kibercinayətkarlar spamlarla birlikdə ən çox Badun ailəsinin troyanlarını göndəriblər (7%). Elektron sənəd kimi gizlədilən bu zərərli proqramlar tez-tez arxivlərdə paylanılır. İlk üçlükdə, həmçinin hesab məlumatlarını oğurlamaq üzrə ixtisaslaşan Agesla troyanı (7%) və Windows tapşırıq planlayıcısını istismar edən Taskun ailəsi (4%) qərarlaşıb.
"Fırıldaqçıların qurbanı olmamaq üçün kart məlumatlarını daxil etməzdən əvvəl saytın ünvanına diqqət yetirməlisiniz. Poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməməyi, şübhəli saytlardakı reklam bannerlərinə klikləməməyi məsləhət görürük. Onlayn alış-veriş üçün başqa bir kart, məsələn, virtual kart əldə etmək və hesabda kiçik məbləğlər saxlamaq, həmçinin gündəlik məxaric limitləri təyin etmək daha yaxşı olar. Fişinq saytına keçid cəhdlərini və ya zərərli reklam bannerlərini önləyən bir təhlükəsizlik həlli quraşdırmaqda da fayda var", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
"Kaspersky", istifadəçilərə informasiya təhlükəsizliyi üçün tövsiyə edir ki, məktublarda, sosial şəbəkələrdə və messencerlərdə göndərilən, xüsusilə tanımadığınız adamlardan gələn linklərə keçid etməzdən əvvəl onların ünvanlarını diqqətlə yoxlayın, bütün hesablarınız üçün fərqli etibarlı şifrələrdən (müxtəlif ölçülü hərflər, rəqəmlər və simvollardan ibarət 12 dimvollu şifrə) istifadə edin,mobil cihazlar da daxil olmaqla, cihazlarınıza, məsələn, Kaspersky Internet Security kimi etibarlı qoruma həlli quraşdırın.
Biznes üçün bir neçə əlavə tövsiyə də var. Belə ki, sahibkar olaraq rəqəmsal mühitdə praktiki davranış vərdişləri aşılayan müntəzəm rəqəmsal savadlılıq təlimləri keçin (məsələn, bunu
Kaspersky Automated Security Awareness Platform-un köməyilə edə bilərsiniz).
Fidyə proqramlarından qorunmaq üçün pulsuz kursu
burada görə bilərsiniz, cihazın itirilməsi və ya məlumat sızması hallarına qarşı qiymətli sənədlərinizin ehtiyat nüsxəsini yaradın və onları şifrələyin, proqram təminatını müntəzəm olaraq yeniləyin: bu yeniləmələrdə istehsalçılar təcavüzkarların istifadə edə biləcəyi potensial proqramın zəifliklərini aradan qaldırır və hərtərəfli qorunma üçün, məsələn,
Kaspersky Endpoint Security kimi sadə idarəetmə və sınaqdan çıxmış funksiyalara malik uyğun bir həll seçin.
Nazirlikdə
laboratoriya yaradılıb: yeni nəsil mütəxəssislər hazırlayacaqlar