00:25 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
2110

"Oracle" korporasiyası təşkilatlar üçün ən böyük proqram təminatı yaradıcısı və server avadanlığının böyük təchizatçısıdır

BAKI, 18 avqust — Sputnik. "Oracle" korporasiyası Çinin "TikTok" video paylaşma sosial şəbəkə xidmətində payın alınması imkanını nəzərdən keçirir. Beləliklə, payların əldə edilməsi üzrə "Microsoft" və Twitter" şirkətlərinin yarışına Amerikanın daha bir nəhəngi qoşulmuş olacaq.

Sputnik Azərbaycan "Financial Times" qəzetinə istinadən xəbər verir ki, "Oracle" şirkəti "TikTok"un çinli sahibi "ByteDance" ilə ilkin danışıqlar aparıb və onun ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı biznesinin satın alınması imkanını ciddi şəkildə nəzərdən keçirir.

Qəzetin mənbələri qeyd edirlər ki, "Oracle" həmçinin "ByteDance"da payı olan amerikalı investorlar qrupu ilə artıq işləyib. Bunların sırasında "General Atlantic" və "Sequoia Capital" var.

Trampın "TikTok"la mübarizə haqqında fərmanı

Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" qısa videoçarxlar yaratmaq və izləmək üçün xidmətdir. "TikTok" dünyada sürətlə populyarlıq qazanır.

ABŞ Prezidenti Donald Tramp avqustun əvvəlində "TikTok Təhlükəsi ilə Mübarizə Haqqında" fərman imzalayıb. Sənəddə prezident Amerika yurisdiksiyasında "ByteDance" ilə istənilən razılaşmaya xitam verilməsi üçün 45 gün verib. Tramp "TikTok"un satın alınması üçün mümkün müqavilənin imzalanmasına sentyabrın 15-dək vaxt verdiyini deyib.

Avqustun əvvəlində "Microsoft" şirkəti "TikTok"un ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada biznesinin alınması üçün danışıqların davam etdiyini və onları 15 sentyabr tarixindən gec olmayaraq başa çatdıracağını deyib.

Bundan sonra media xəbər verib ki, "Twitter" şirkəti "TikTok" xidmətinin Amerika şöbəsi ilə birləşməyə dair ilkin danışıqlar aparıb.

Yeni müştəri

Amerikanın "Oracle" korporasiyası gəlirlərinə görə ikinci ən böyük proqram təminatı yaradıcısıdır ("Microsoft"dan sonra).

"Oracle" təşkilatlar üçün ən böyük proqram təminatı yaradıcısı və server avadanlığının böyük təchizatçısıdır. Şirkət verilənlər bazası idarəetmə sistemlərinin, ERP və CRM sistemlərin, sənaye tətbiqlərinin yaradılmasında ixtisaslaşır.

Əlaqədar

Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
TikTok Trampın qəzəbinə gəldi
Tramp Çin şirkətindən “dolya” istəyir
TikTok istifadəçilərinə şad xəbər - İki milyon dollar...

Əsas mövzular