Donald Tramp bunu "TikTok"-dan heç gözləmirdi

© REUTERS / CARLOS BARRIAПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
""TikTok" təhlükəsi ilə mübarizə haqqında" icraçı fərmana əsasən "ByteDance" proqramının sahibi ilə istənilən sazişlər 45 gün ərzində dayandırılır.

BAKI, 8 avqust — Sputnik. "TikTok" sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın "TikTok" proqramına qarşı tədbirlərin görülməsi haqqında icraçı fərmanı ilə bağlı ABŞ məhkəməsinə müraciət edə biləcəyini bildirib.

"Biz çox aydın şəkildə bəyan etmişik ki, biz heç vaxt istifadəçilərin məlumatlarını hökumətə ötürməmişik. Biz hətta ABŞ-da olan biznesimizi ABŞ şirkətinə də satmağa hazır olduğumuzu ifadə etmişik", - deyə sosial şəbəkənin nümayəndələri bildirib.

Şirkət vurğulayıb ki, onlar hakimiyyətlə razılaşmaq üçün təxminən bir il xərcləyiblər, lakin hakimiyyət kompromisə getmək istəmədi. Bundan əlavə "TikTok" ABŞ hökumətini hüquqi prosedurları pozmaqda və özəl biznesə müdaxilədə ittiham etdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "TikTok" proqramına qarşı tədbirlərin görülməsi haqqında icraçı fərmanı imzalayıb. Tramp "TikTok"un sahibi "ByteDance" və onun törəmə şirkətləri ilə hər hansı bir əməliyyata qadağa qoyub.

"TikTok" təhlükəsi ilə mübarizə haqqında" icraçı fərmana əsasən "ByteDance" proqramının sahibi ilə istənilən sazişlər 45 gün ərzində dayandırılır.

"ABŞ yurisdiksiyasında "ByteDance" ilə hər hansı (hüquqi və ya fiziki şəxs tərəfindən) əməliyyat qadağan edilir", - fərmanda deyilir.

"Çində yerli şirkətlər tərəfindən hazırlanan mobil tətbiqlərin ABŞ-da yayılması Birləşmiş Ştatların milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etməkdə davam edir", - fərmanda deyilir.

"İndi konkret bir tətbiqin – "TikTok"un təhdidinə cavab vermək üçün səy göstərilməlidir", - deyə Tramp əlavə edib.

ABŞ Prezidenti həmçinin Çinin internet nəhəngi "Tencent" və onun sahibi olduğu "WeChat" sosial şəbəkəsi üzərindəki törəmə şirkətlərlə sövdələşmələri qadağan edən fərman da imzalayıb. Sənədin mətni Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Qadağa fərmanın nəşrindən 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minir. "WeChat"a aid olan istənilən sazişlər qadağaya aiddir.

Xəbər lenti
0