09:26 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
İDMAN
Qısa URL
12 0 0

Azərbaycan karateçisi Osman Osmanlı Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 8 medalla başa vurublar.

BAKI, 11 sentyabr - Sputnik. Azərbaycan karateçisi Osman Osmanlı Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yarışan idmançı Qazaxıstan təmsilçisi Spandiyar Yerkebeklə qarşılaşıb. Rəqibinə 1:4 hesabı ilə uduzan Osmanlı gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan karateçiləri yarışı 8 medalla başa vurublar.

Qeyd edək ki, hazırda aktivində 14 qızıl, 13 gümüş və 28 bürünc medal olan Azərbaycan 4-cü pillədə qərarlaşıb. Bununla da yığmanın I MDB Oyunlarının medal sıralamasında ilk "3-lük"dən kənarda qalacağı rəsmiləşib. Çünki hazırda 3-cü sırada yer alan Qazaxıstan komandası 17 qızıl, 34 gümüş və 51 bürünc medal qazanıb.

***
Azərbaycanın daha bir karateçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünü keçirib.

60 kq-da çıxış edən Əminağa Quliyev qazaxıstanlı Yerkinbek Bayturbayevlə qüvvəsini sınayıb.

Rəqibinə 0:3 hesabı ilə uduzan Quliyev ikinci yeri tutub.

*** 
Azərbaycan karateçisi İnci Əzizova Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb. 50 kq-da mübarizə aparan idmançı özbəkistanlı Nəsibəbanu Narbayeva ilə üz-üzə gəlib.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışın qalibi olub.

***
Azərbaycan karateçisi Həsənəli Həsənov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Kata yarışlarında qüvvəsini sınayan idmançı qızıl medal uğrunda rusiyalı Danila Brantovla qarşılaşıb.

Rəqibinə uduzan Həsənov gümüş medalla kifayətlənib.

***

Azərbaycan karateçisi Abbas Dadaşov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal görüşünə çıxıb.

84 kq-da mübarizə aparan idmançı kumite yarışlarında rusiyalı Vadim Ruçko ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Dadaşov 3-cü yeri tutub.

***
Azərbaycanın daha bir karateçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb. Sultan Hüseynov kumite yarışlarında 3-cü yeri tutub.

60 kq-da mübarizə aparan idmançı medal uğrunda qarşılaşmada belaruslu Nikita Reşetniki məğlub edib.

***
Azərbaycanın iki karateçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb. Kata yarışlarında Ceyhun İsmayılov, kumite növündə isə Mədinə Sadıqova (67 kq) fəxri kürsüyə qalxıb.

Onlar medal görüşündə özbəkistanlı rəqiblərinə qalib gəliblər. İsmayılov Samandarbek Abdiyevdən, Sadıqova isə Fotima Ostanovadan üstün olub.

Əsas mövzular