18:34 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
İDMAN
Qısa URL
22 0 0

+70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Qazaxıstan idmançısı Zarina Baybatina ilə qarşılaşıb. Qələbə qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

BAKI, 29 avgust — Sputnik. Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

Sputnik Azərbaycan Apasport.az saytına istinadən bildirir ki, qadın paracüdoçu Dürsədəf Kərimova çempionluq sevinci yaşayıb.

+70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Qazaxıstan idmançısı Zarina Baybatina ilə qarşılaşıb. Qələbə qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Neftçi İdman Klubu"nun yetirməsi olan Dursədəf 1/4 finalda Ukrayna idmançısı Anastasiya Harnik, yarımfinalda Braziliya təmsilçisi Meq Emmerikə qalib gəlib.

Bununla da Azərbaycan yığması Tokioda 12-ci medalını qazanıb. Komandamızın hesabında 9 qızıl və 3 bürünc mükafat var.

Həmçinin oxuyun:

Paralimpiya komandamız səkkizinci qızıl medalı qazanıb

Teqlər:
paralimpiya, medal

Əsas mövzular