14:43 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
İDMAN
Qısa URL
1910

Ronaldunun maaşı həmişə müqayisə olunduğu argentinalı Lionel Messidən, hətta onun komanda yoldaşı, braziliyalı Neymardan da azdır. PSJ Messiyə həftədə 1 milyon funt, Neymara isə 600 min funt ödəyir.

BAKI, 28 avqust - Sputnik. Portuqaliyalı hücumçu Kriştianu Ronaldunun "Mançester Yunayted"də nə qədər maaş alacağı bəlli olub.

Sputnik Azərbaycan Daily Mail-ə istinadən bildirir ki, "şeytanlar" yeni-köhnə forvardlarına həftədə 480 min funt-sterlinq ödəyəcəklər. Bununla da Ronaldu İngiltərə Premyer Liqasının (İPL) ən çox maaş alan futbolçusu olacaq. 

İPL-də əməkhaqqının miqdarına görə ikinci pilləni "Çelsi"nin hücumçusu Romelu Lukaku tutur, o ayda 450 min funt-sterlinq və bonuslar alır. "Mançester Siti"nin forvardı Kevin de Brüyne isə həftədə 385 min funt-sterlinqlə üçüncüdür.

Ronaldunun maaşı həmişə müqayisə olunduğu argentinalı Lionel Messidən, hətta onun komanda yoldaşı, braziliyalı Neymardan da azdır. PSJ Messiyə həftədə 1 milyon funt, Neymara isə 600 min funt ödəyir.

Ronaldu "Mançester Yunayted"də 2003-2009-cu illərdə oynayıb. "Qırmızı şeytanlar"la birlikdə portuqaliyalı üç dəfə İPL-in və bir dəfə də Çempionlar Liqasının qalibi olub. 

Xatırladaq ki, 36 yaşlı forvard İtaliyanın A seriyasında "Udineze" ilə oyuna ehtiyat skamyasında başlamışdı. KİV-in məlumatına görə, Ronaldu "Yuventus"un baş məşqçisi Massimiliano Alleqridən onu oyuna salmamağı xahiş edib, çünki niyyəti yaxın zamanda klubu tərk etmək imiş.

Eləcə də oxuyun:

Teqlər:
Kriştianu Ronaldu, Mançester Yunayted, maaş, İngiltərə Premyer liqası

Əsas mövzular