11:16 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
İDMAN
Qısa URL
17 0 0

"Kayrat" və "Omoniya" öz ölkələrinin çempionlarıdır. Kipr komandaları bizə qarşı həmişə çox ciddi olublar. Onlarla maraqlı oyunlarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər oyuna ciddi yanaşmalıyıq.

BAKI, 27 avqust — Sputnik. Rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin püşkatmasından sonra deyib.

Mütəxəssis hər iki komandanın "Qarabağ" üçün ciddi rəqib olduğunu bildirib:

""Kayrat" və "Omoniya" öz ölkələrinin çempionlarıdır. Kipr komandaları bizə qarşı həmişə çox ciddi olublar. Onlarla maraqlı oyunlarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər oyuna ciddi yanaşmalıyıq. "Bazel"in isə xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük".

Komandamız H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Konfrans Liqasında ilk oyunlar sentyabrın 16-da baş tutacaq.

Həmçinin oxuyun:

"Qarabağ"dan səfərdə möhtəşəm qələbə

Teqlər:
futbol, Qarabağ

Əsas mövzular