Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanənin sonu: Messi "Barselona"ya vida etdi

Abunə olmaq
"Barselona"nın mətbuat xidməti bildirib ki, klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.
BAKI, 5 aprel - Sputnik. Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın "Barselona" Futbol klubu ilə yollarını ayırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Barselona" klubunun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.
Messi peşəkar karyerası boyunca "Barselona"da oynayıb və 2004 -cü ilin oktyabrında Kataloniya yığmasında debüt edib.
Argentinalı futbol ulduzunun öz karyerasını PSJ və ya “Mançester Siti”də davam etdirməsi gözlənilir.
Qeyd edək ki, bu il martın 18-də məlumat yayılmışdı ki, Laporta Messiyə ömürlük müqavilə təklif etmək istəyir. Müqavilə forvardın karyerasını bitirməsindən sonra əməkdaşlığı nəzərdə tutmalıdır. 
2020-ci ilin yayında Lionel Messi Kataloniya klubunu tərk etmək niyyətindəydi. Ancaq "Barsa" rəhbərliyi onu fikrindən daşındıra bilmişdi.
Messinin "Barsa" ilə başa çatmış müqaviləsinin dəyəri 556 milyon avro idi.
Messi kimdir?
Dünyanın ən parlaq futbolçularından bir olan Lionel Messi bütün peşəkar karyerasını 2004-2021-ci illərdə İspaniyanın "Barselona" klubunda keçirib. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayıb.
İyunda 34 yaşı tamam olan argentinalı keçirdiyi oyunların sayına (773) və bütün turnirlərdə vurduğu qolların sayına (667) görə klubun rekordsmenidir. "Barsa" ilə o, on dəfə İspaniya çempionu, yeddi dəfə Milli Kubokun qalibi, dörd dəfə isə Çempionlar Liqasının qalibi olub.
Messi hələ 21 yaşında olarkən Qızıl top və FİFA Dünyada İlin Oyunçusu mükafatlarına namizəd olub. 2009-cu ildə özünün ilk "Qızıl top"unu və FİFA-nın İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA-nın Qızıl Top mükafatını əldə edib.
Messi həmçinin 2010–2011-ci illərdə UEFA-nın Avropanın Ən Yaxşı Oyunçusu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu adına sahib çıxıb. 25 yaşında La Liqa ( İspaniya peşəkar futbol liqası) oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub.
Dünyada Kriştiano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən, futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi "Qızıl top" mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur. O, həmçinin Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun,dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona Messini öz xələfi kimi göstərib.
Həmçinin oxuyun:
* Messi rekord vurduğu sosial şəbəkədə ona qarşı kampaniyaya qoşuldu
"Barselona"da ömürlük qalmaq üçün Messinin şərti
Kataloniyada "Messi üsyanı" - Azarkeşlər etirazlara başladılar – VİDEO
* Əfsanə dövrü bitir – Messi “Barselona”nı tərk edir  
* Avropa nəhəngləri Messiyə elçi düşüblər
© AP Photo / MANU FERNANDEZİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
1/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© AFP 2023 / PAU BARRENAİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
2/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© REUTERS / Albert Geaİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
3/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© AFP 2023 / MIGUEL RUIZİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
4/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© AFP 2023 / Josep Lagoİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
5/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© AFP 2023 / JOSEP LAGOİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
6/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© REUTERS / Action Imagesİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
7/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© AFP 2023 / LUKA GONZALESİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
8/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© REUTERS / Albert Geaİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
9/16

10/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© AFP 2023 / Josep Lagoİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messinin şəkilləri.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messinin şəkilləri. - Sputnik Azərbaycan
11/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messinin şəkilləri.
© AP Photo / MANU FERNANDEZİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
12/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© AFP 2023 / STR and Karim Jaafarİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi. və Murtuza Əhmədi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. və Murtuza Əhmədi. - Sputnik Azərbaycan
13/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi. və Murtuza Əhmədi.
© AFP 2023 / Curto De La Torreİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi və Serxio Ramoş.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi və Serxio Ramoş. - Sputnik Azərbaycan
14/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi və Serxio Ramoş.
© AP Photo / Andres Kudackiİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi. - Sputnik Azərbaycan
15/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi.
© AP Photo / Joan Monfortİspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi
İspaniyanın Barselona Futbol klubunun futbolçusu Lionel Messi  - Sputnik Azərbaycan
16/16
İspaniyanın "Barselona" Futbol klubunun futbolçusu Lionel Messi
Xəbər lenti
0