https://sputnik.az/20210807/Irina-Zaretskanin-Tokio-Olimpiadasinda-yuxu-ile-baghli-problemi-yaranib-427605498.html
Tokio-2020: İrina Zaretska gümüş medal qazanıb
Tokio-2020: İrina Zaretska gümüş medal qazanıb
Sputnik Azərbaycan
Yarımfinalda çinli rəqibi Qonq Li ilə üz-üzə gələn İrina Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. 07.08.2021, Sputnik Azərbaycan
2021-08-07T16:24+0400
2021-08-07T16:24+0400
2021-11-16T23:59+0400
cəmiyyət
xəbərlər
idman
karate
irina zaretska
tokio-2020 olimpiya oyunlar
yuxu
problem
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/07/427643447_0:0:3640:2048_1920x0_80_0_0_551e6d9f2d2850a77e1f0ec252729b52.jpg
BAKI, 7 avqust – Sputnik. Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.15:36Azərbaycan karateçisi 61 kq-dan yuxarı çəkidə çıxış edən İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.Sputnik Azərbaycan xəbər verir ki, o, yarımfinalda çinli rəqibi Qonq Li ilə üz-üzə gəlib.Rəqibinə 3:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.02.08.2021 - 20:00İrina Zaretskanın Olimpiadada problemi – bilmir, yuxu ilə dalaşsın, yoxsa çarpayı iləTokio Olimpiadasında iştirak edəcək Azərbaycan karateçisi İrina Zaretskanın (61+ kq) yuxu ilə bağlı problemi yaranıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə idmançı Instagram səhifəsində məlumat verib.Karate üzrə Azərbaycan millisinin və dünya reytinqinin lideri Zaretska iqlimə uyğunlaşmaq məqsədilə artıq bir neçə gündür ki, Tokiodadır. Amma belə görünür ki, bu dönəm elə də rahat keçmir. Xatırladaq ki, Bakı ilə Tokio arasında vaxt fərqi beş saat, karateçinin daim yaşadığı Kiyevlə isə altı saatdır.İdmançı təxmin edib ki, yuxunun keyfiyyətinin düşməsi atletlərə öz fiziki göstəricilərinə görə verilən xüsusi döşəklə bağlıdır.“Ola bilsin ki, ölçüləri xüsusilə mənimçün ayarlanmış döşəyi çevirməmişəm. Bu gün çevirdim, bəlkə, bu möcüzəli kəşf mənə normal yatmağa və rejimimi korlamamağa imkan verəcək. Yeri gəlmişkən, döşəyi çevirəndə elə bilirdim ki, çarpayını yenidən yığa bilməyəcəm, amma nəticədə alındı”, - Zaretska əlavə edib.Qeyd edək ki, İrina Zaretska Tokio Olimpiya Oyunlarının son günü, yəni avqustun 7-də tatamiyə çıxacaq. Onun rəqibləri hələ məlum deyil.27 atletimiz Oyunlarda iştirakını başa vurubTokiodakı Olimpiya Oyunlarında 27 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq), boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq), üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo, yüngül atlet Anna Skidan və atıcı Ruslan Lunyov Olimpiadada uğur qazana bilməyiblər.Azərbaycan Tokio-2020-dəTokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.Eləcə də oxuyun: Tokio-2020: Boksçu Alfonso Dominges həmyerlisini döyə bilmədiTokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/07/427643447_909:0:3640:2048_1920x0_80_0_0_17adac671f7e13b89302380dbc6e7984.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər, karate, irina zaretska, tokio-2020 olimpiya oyunlar, yuxu, problem, azərbaycan
xəbərlər, karate, irina zaretska, tokio-2020 olimpiya oyunlar, yuxu, problem, azərbaycan
Tokio-2020: İrina Zaretska gümüş medal qazanıb
16:24 07.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Yarımfinalda çinli rəqibi Qonq Li ilə üz-üzə gələn İrina Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
BAKI, 7 avqust – Sputnik. Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.
Azərbaycan karateçisi 61 kq-dan yuxarı çəkidə çıxış edən İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, o, yarımfinalda çinli rəqibi Qonq Li ilə üz-üzə gəlib.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.
İrina Zaretskanın Olimpiadada problemi – bilmir, yuxu ilə dalaşsın, yoxsa çarpayı ilə
Tokio Olimpiadasında iştirak edəcək Azərbaycan karateçisi
İrina Zaretskanın (61+ kq) yuxu ilə bağlı problemi yaranıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə idmançı
Instagram səhifəsində məlumat verib.
Karate üzrə Azərbaycan millisinin və dünya reytinqinin lideri Zaretska iqlimə uyğunlaşmaq məqsədilə artıq bir neçə gündür ki, Tokiodadır. Amma belə görünür ki, bu dönəm elə də rahat keçmir. Xatırladaq ki, Bakı ilə Tokio arasında vaxt fərqi beş saat, karateçinin daim yaşadığı Kiyevlə isə altı saatdır.
“Yaxşıca məşq etdim və yaxşı da yatdım, amma lazım olan vaxt yox. İndi burada gecədir, oyanmışam və yuxum gəlmir. Bu, dəhşətlidir. Amma eybi yoxdur, mən tək karate deyil, həm də yuxu üzrə çempion olduğumdan yatmağa imkan tapacam”, - Zaretska videobloqunda deyib.
İdmançı təxmin edib ki, yuxunun keyfiyyətinin düşməsi atletlərə öz fiziki göstəricilərinə görə verilən xüsusi döşəklə bağlıdır.
“Ola bilsin ki, ölçüləri xüsusilə mənimçün ayarlanmış döşəyi çevirməmişəm. Bu gün çevirdim, bəlkə, bu möcüzəli kəşf mənə normal yatmağa və rejimimi korlamamağa imkan verəcək. Yeri gəlmişkən, döşəyi çevirəndə elə bilirdim ki, çarpayını yenidən yığa bilməyəcəm, amma nəticədə alındı”, - Zaretska əlavə edib.
Qeyd edək ki, İrina Zaretska Tokio Olimpiya Oyunlarının son günü, yəni avqustun 7-də tatamiyə çıxacaq. Onun rəqibləri hələ məlum deyil.
27 atletimiz Oyunlarda iştirakını başa vurub
Tokiodakı Olimpiya Oyunlarında 27 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.
Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq), boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq), üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo, yüngül atlet Anna Skidan və atıcı Ruslan Lunyov Olimpiadada uğur qazana bilməyiblər.
Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.
Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.
2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.
Tokio-2020:
Boksçu Alfonso Dominges həmyerlisini döyə bilmədi
Tokio-2020: Azərbaycanın
26 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb